BİR AFRİQALI YETİRMƏSİ:

Sevgili ağsoy adam;

Doğularam, qarayam;
Böyüyərəm, qarayam;
Günəşlənərəm, qarayam;
Üşüyərəm, qarayam;
Qorxaram, qarayam;
Xəstələnərəm, qarayam;
və ölərəm, hələ də qarayam!

Sən isə ağsoy adam;
Doğularsan, çəhrayısan;
Böyüyərsən, ağsovsan;
Günəşlənərsən, qızararsan;
Üşüyərsən, moralarsan;
Qorxarsan, saralarsan;
Xəstələnərsən, yaşılsan;
və ölərsən, bozsan;
və hələ də məŋə utanmadan ‘rəngli’ deyərsən!

Türkcəsi: T. Ata

“Ölülər gücsüz deўildir!”

"(...) Yox oluşumuz çox uzaq olabilər; ancaq kəsinliklə birgün gerçəkləşəcək. Soŋ qızıldərili yox olub boyumuŋ (qəbilə) aŋıları ağlar üçün bir târix olduğunda, bu qıyılar boyumuŋ görünməz sünələriylə (cəsəd) qaynaşacaq. Uşaqlarıŋızıŋ uşaqları özlərini bir dükanda, bir yolda, boş bir yerdə yalŋız olaraq düşündüўündə özülündə (əslində) yalŋız olmayacaqlar. Dünyanıŋ heçbir yerində bütünüylə ıssız bir yer yoxdur. Gecələri, şəhər və qasabalarıŋızıŋ xiyabanları boşalmış kimi görünsə də, özülündə, bir zamanlar oralarda yaşamış və bu gözəl torpaqları gerçəkdən sevən özütlərlə (ruhlarla) dolu olacaqdır. Ağ adam heçvaxt yalŋız qalamayacaqdır. Ağ adamıŋ mənim insanlarıma sayğı göstərməsini sağlamalısıŋız. Çünkü ölülər gücsüz deўildir! (...)"

Başqan Seattle

İsa’nıŋ Sızıltısı: Azərbaycan Musiqisi

Dünyada əŋ çox satılan filmmusiqisi Azərbaycan temalarına dayanır…













Braveheart (Qurdürək: 1995), Apocalypto (Qiyâmət: 2006) kimi kinofilmləriŋ ünlü Avstralya kökənli ABD’li yönətməni Mel Gibson’uŋ Nasirə'li İsa'nıŋ yaşamınıŋ soŋ on iki saatını aŋladan və bütün dünyada səs salan Tutqu (İsa’nıŋ Çiləsi: The Passion Of The Christ, ABD: 2004) filminiŋ öŋəmli bölümlərində Azərbaycan musiqisi işlənmişdir. Filmiŋ bitim titrajında da başda “Azeri” qeydiylə suŋulan ‘soundtrack’ Göksel Baktagir və Yurdal Tokcan deyə iki Türk tərəfindən yazılıb îfa edilmşdir: Tutqu filminiŋ musiqisi John Debney tərəfindən düzənlənmişdir. Musiqi dəŋətçiliўi Peter Afterman, ək musiqi Jack Lenz’ə aiddir. Əsərdə ünlü musiqiçilərdən Shankar və Gingger qatqıda bulunmuşdur. 1966 Türkiyə-Qırxlareli doğumlu Göksel Baktagir ile birlikdə yorumladıqları ‘Azəri’ adlı əsəri Passion of Christ (Hz. İsa'nıŋ soŋ 12 saatı) filminiŋ müzikləri arasına girən 1966 Türkiyə-Ordu doğumlu O. Yurdal Tokcan, Cənnətiŋ Xanlığı (Kingdom of Heaven) adlı Hollywood filminiŋ müziklərində də icraçı olaraq yer almışdır. İsa'nıŋ çarmıxa gərilişi sırasında fondakı msuiqi bu əsərdir və Göksel Baktagir’lə Yurdal Tokcan birlikdə icra ediblər (gəlgörki sözdə Erməni musiqisi tanıdımı üçün əmcəўini təndirə yapan Türkiyə medyasından bir Taŋrı’nıŋ qulu da çıxıb bu olayı yazmamışdır!).
Filmiŋ əŋ acılı səhnələrində arxa fonda balaban ağırlıqlı sızltılı Azərbaycan musiqisi eşidilir. Özəlliklə İsa’nıŋ xacı daşıdığı epizodlarda. CD’dəki 6-cı parça “Song of Complaint” (Yaxınma Mahnısı) isə birbaşa bir Azərbaycan parçasıdır və Göksel Baktagir ilə Yurdal Tokcan tərəfindən îfa edilmişdi. İsa’nıŋ xaca qaldırıldığı epizodda balaban öŋçülüўündəki bu sızıltı əŋ doruq nöqtəsinə çatır. Sızıltı bitdiўində İsa da “qurtarır”; can verir.

İlgincdir ki:
Tutqu filminiŋ Azərbaycan musiqisi izləkləri təməlində düzənlənən albomu qısa sürədə Star Wars (Ulduzlar Savaşı) filmüziўindən soŋra dünyada əŋ çox satılan albom sanına malikdir.
Sony/BMG şirkəti tərfindən yayımlanan filmmüziўində bu parçalar yer almışdır:
1 - The Olive Garden/Night Sky 2 - Bearing The Cross 3 - Jesus Arrested 4 - Peter Denies Jesus5 - The Stoning 6 - Songs of Complaint 7 - Simon is Dismissed 8 - Flagellation/Dark Choir/ Disciples 9 - Mary Goes to Jesus 10 - Peaceful But Primitive/Procession 11 - Crucifixion 12 - Raising The Cross 13 - It Is Done 14 - Jesus Is Carried Down 15 - Resurrection
(Bütün albom bu izlikdən endiriləbilər:
http://rs4.rapidshare.com/files/31172080/Passionbyreydeefpem.rar)

“The Passion Of The Christ Soundtrack” John Debney kimi bir musiqi əriniŋ əlindən çıxma bir iş olduğundan yava olması özlüўündən gözlənəbilməzdi də. Kompozitoruŋ diўər önəmli işlerini xatırlayacaq olursaq: Scorpion King, Spider Man 2, Bruce Almighty, The Replacements və Star Trek seriləri. Çıxardığı albomlarıŋ hamısı bəlirli bir sayını aşmış və heyranları çox artıq olan albomlar. John Debney'iŋ albomlarınıŋ hamısında hâkim olan bir hava vardır; bu albomda isə —Azərbaycan musiqisinə özgü o ‘sızı’ izləўi ilə— nisgil və üzüntü tüm albom boyunca tam aŋlamıyla duyulabilməkdədir. Xor voкalları düdük (duduq) çalğısıyla dinləyicilərə musiqi şöləni (ziyâfəti) çəkir. Albomuŋ ilk parçası “Olive Garden” İsa'nıŋ yaxalandığı səhnədə çalan bu parça (normal olaraq) ağıd və bolca düdük içərir. Filmiŋ türcəlində (generic) də qullanılan ikinci parça (Bearing The Cross) xor voкalları, vurmalı çalğılar (zərb âlətləri) və düdüklə îfa edilir. 3. “Jesus Arrested” yer- yer xızlanan və yavaşlayan qarğa səsləriniŋ qullanıldığı ilginc bir parçadır. 4. “Peter Denies Jesus” bə’zi fraqmentlərdə işlənilən və filmiŋ əŋ öŋəmli yerlərində girib filmiŋ geŋəl havasını yaŋsıdan parçadır. Albomdakı əŋ yanıqlı 2 parçadan biri 5. “The Stoning” İsa'nıŋ işkəncə səhnələrində çalındığı üçün dincsiz edici bir özəlliўi var; vurmalı çalğılar, dəўişik üfləməliləriŋ olduğu bir parça. 6. “Song Of Complaint” özünü bəlli edən parçalardan (əŋ üzünclü 2-ci parça) İsa'nıŋ işkəncədən özündən keçib düşdüўü anlarda araya girir; diŋlərkən ağlamamak için çətin tutursuŋuz özüŋüzü. 7. “Simon is Dissmissed” da fərqli olaraq tuluq zurnası (gayda: bagpipe) qullanılmış; hərəkətli başlayıb yavaş soŋlanır. 8. “Flagellation Dark Choir Disciples” huzurlu başlayıb huzursuz bitən bir parça olduğu üçün tədirginlik duyğusu verir. 9. “Mary Goes To Jesus”da muziqiniŋ yüksəldiўi-alçaldığı yerlər yaman olub; çalğılar yenə dəўişmir (xor voкal, tütək,vurmalı). 10. “Peaceful But Primitive Procession” yer-yer “Jesus Arrested”a bəŋzəyir; ancaq burdakı voкalı bir bayan yapdığı üçün dəўişik hava yaxalamış. 11. “Crucifixion” cərgəsəl (кlasiк) kino temaları kimi kaman (sкripкa/ violin) seansıyla başlayır və düdüklə bitir. Albomdakı əŋ uzun mahnı (7.38) olduğu üçün biraz sıxıcı olabilər. 12. “Raising The Cross” çox gürültülü bir biçimdə başlayır və hardasa yox deyiləcək bir səsə alçalır. 13. “It is done” xoş bir voкalla başlayır, ast səslə çalınmış bir parçadır. 14. “Jesus is Carried Down” qarğanıŋ göz oyduğu səhnədə çalır; bir öŋcəki parçanıŋ girişindəki voкal bunda da davam etdirilib. 15. və soŋ mahnı isə hamısına bir parça bəŋzəyən gözəl bir qapanışdır.
Ələşdirmənlərə görə, Debney'iŋ Hollywood'dakı uğraşı (career), “İsa'dan öŋcə” və “İsa'dan soŋra” olmaq üzərə ikiyə ayrılır. John Debney “İsa'dan öŋcə” 'Bruce Almighty', 'Elf', 'Liar Liar', 'The Scorpion King' ve 'The Relic' kimi daha çox кomedi və vuruşma filmləriniŋ musiqilərinə qol çəkən Hollywood'uŋ ötəri sayılır bəstəçilərindən biriydi. Ancaq 2003 oкtiyabrında yapdığı bir telefon görüşməsi, Debney'iŋ uğraşını dərindən etkilədi. Xəttiŋ obiri ucundakı, yoldaşı da olan Icon Productions'ıŋ ürədimçilərindən Stephen McEveety idi: “Stephen məŋə, üzərində çalışdıqları filmiŋ müziўiniŋ bir cürlü istədikləri kimi olmadığını söylədi və məndən —mümkünsə— bu qonuda onlara yardımçı olmamı istədi". Debney, Radikal’la danışığında, filmiŋ adını eşitdiўində bərk həyəcanlandığını söylədi: “Stephen'dan, nələr yapıb yapanmayacağımı görmək məqsədiylə məŋə filmi izletdirməsini ricâ etdim. Filmi izlədim və inanıŋ, duyğusal olaraq özümdən keçdim". Sözükeçən film, Mel Gibson'ıŋ daha göstərimə girmədən olay yaradan 'The Passion of the Christ'i idi (Film Türkiyə'də 'Tutku: Hz. İsa'nın Çilesi' adıyla göstərimə girdi). Debney o telefon görüşməsini apardığı günü izləyən həftəsoŋunu, film üçün birzadlar bəstələyərək keçirmiş. Daha soŋra bəstələdiklərini —ki bunlardan biri, filmiŋ fraqmentində qullanılan və ‘soundtrack’ albomunda da yer alan 'The Resurrection' yə’ni 'Diriliş' idi— Gibson'a diŋlətmiş və işi 'qapmış'. “Mənim üçün böyük oŋurdur. Duyğusal olaraq özümdən keçmə nədəninə gəlincə, tamâmən şəxsidir”. Debney də, filmiŋ yönətməni, yapımçısı və senaristlərindən Gibson kimi Кatolik’dir. Debney üçün bu filmiŋ muziqisini düzəltmək, ibâdət etmək kimi bir zad: "Bugünə dək, кomedidən tutuŋ da aкsiyona dək 60'ıŋ üzərində filmiŋ muziqisini düzəltdim. Ancaq 'The Passion of the Christ', bugünə dək düzəltdiўim və bundan soŋra düzəldəcəklərim arasında əŋ dramatik, özəl və də kimsəl olanı deyəbilərəm. Bunuŋ bir parçası olduğum üçün böyük oŋur duyuram". Debney 'The Passion of the Christ'ın musiqisini yaxlaşıq dörd ayda tamamlamış və bu sürədə, filmiŋ nədən olduğu dartışmalar ya da uğradığı suçlamalardan etkilənməmiş. Çünkü Debney'ə görə, 'The Passion of the Christ'iŋ 'anti' heçbir zadla ilgisi yox. Film, sevmək və bağışlamaq üzərinədir: "Mənim düzəltdiўim musiqiylə insanlara söyləmək istədiўim zadla Mel'iŋ yapdığı filmlə insanlara aŋlatmaq istədiўi zad eynidir: Bu film, insanları birləşdirmək istəyir, ayırmaq deўil; onlara ‘xoşgörü’nü, bağışlamağı və sevməўi aŋladır". Öŋcəki İsa filmlərindən ağla ilk gələn, Martin Scorsese imzalı “Günaha Soŋ Çağrı”dır. “İsa'nıŋ yaşamını anladan diўər filmlərin musiqiləri, mənim çalışmamda etkili olmadı. Elə içlərindən ağlımda qalan, 'Günaha Soŋ Çağrı'nıŋ filmmusiqisiydi ki o da gerçəkdən görkəmliydi. O ‘soundtrack’də çalan musiqiçilərdən Shankar və Gingger, 'The Passion of the Christ'iŋ ‘soundtrack’i üçün də çaldı. Bu filmiŋ musiqilərini düzəldərkən salt üzərində durduğum, özəl olması və dünyanıŋ çeşidli bölgələrindən dadlar daşımasıydı” deyir Debney və bu fikriŋ özüldə Gibson'a âid olduğunuŋ da altını çizir: "Mel, filmiŋ musiqiləriylə də çox ilgiliydi. Voкallarda bilə yer aldı və məŋə sürəkli, bu filmiŋ musiqisiniŋ fərqliliklərə yer verməsini istədiўini söylədi”. John Debney də onuŋ bu ricâsını hərfi-hərfinə yerinə gətirib. Filmiŋ musiqisi —ki 'The Passion of the Christ'iŋ təkcil gözəl yanlarından biridir— modern və gələnəksəliŋ etkiləyici bir qaynaşımıdır. ‘Soundtrack’də Ortadoğu’dan Avropa'ya hətta buralara dək birçox yeriŋ gələnəksəl çalğılarına yer verib. “Soundtrack’də Erməniləriŋ duduğu [!], Çinliləriŋ 'erhu'sunu, siziŋ (Türkləriŋ) uduŋuzu da qullandıq”. Onuŋ Erməni çalğısı deyə tanıdığı isə Azərbaycan çalğı âlətləridir!
Duduq dedikləri bütün Qafqazlarda —özəlliklə Batı Azərbaycan’da— qullanılan əskicil Azərbaycan çalğısı ‘düdük/tütək’dir (T. tütmək: tüstünüŋ, qoxunuŋ havaya yayılması). "Böyük Sovet Ensiklopediyası"nıŋ 3-cü buraxılışı (1973, İngilis dilində: Great Soviet Encyclopedia) belə bir bilgi yer almışdır: "DUDUK [R. дудук] (Türkcə ‘düdük’dən), təxminən 300 mm uzunluqda borusu, doqquz barmaqdəliўi olan və ikiqat qamışlı bir üfləməli çalğı aləti. Çoxunluqla qoşadüdük çalınar, biri tək ton (ayaqlıq tuşu) tutdurarkən, bir ifaçı melodiyanı çalar. Düdük Qafqaz xalqları arasında geŋiş yayılmışdır.” (8-ci cild, s. 438).
Erməniləriŋ Türkcə ‘tütək~düdük’ sözündən aldığı adıyla ‘Duduk’ dedikləri (ərik ağacından), Azərbaycan'da ‘Balaban~Tütək~Düdük’ (tut ağacından), Dağıstan'da ‘Yastı Balaman’ (qızılcıq ağacından), Gürcüstan'da ‘Duduki’ və Türkiyə'də də ‘Mey’ (cəviz ağacından) olaraq geŋiş bir coğrafiyada icra edilən —az fərqlilik də olsa qardaş çalğılar və eyni tür çeşidləmələri sayılan— 1500 illik (bəlkə daha da yaşlı) bu üfləməli sazıŋ doğma yurdu Azərbaycan’dır.
Nə var ki Azərbaycan uyğarlıq və musiqi əsərləri kimi bu çalğı da —qəzâdan Qafqazlarıŋ əŋ soŋ qonağı olan— Ermənilər tərəfindən yiyələnir! Əŋ soŋ ‘qardaş’ Türkiyə’də bu hər iki ‘çalıntı’nıŋ bir qara bəlgəsi yayınlandı: “Sarı Gəlin” (dırnaq içində —güya Ermənicəsiylə!— “Sari Gyalin”!) adını daşıyan tütək çalğılı bir albom (Genç Müzik, Audio CD, 2007) Azərbaycan mahnısı olub gözgörəsi Ermənilərcə yiyələnən Sarı Gəlin mahnısıyla başlayan və bitən 7 parçayla Suren Asaduryan deyə bir Erməni’niŋ ‘duduk’ və İsmail Yılmaz deyə (hərhalda bir Kürd’üŋ) ‘dəm duduk’ yalxı çalğısını içərir (nə uğurlu bir ‘işbirliўi’!).
Bu bağlamda, yurdiçi və yurddışında yapdığı alaŋ araşdırmaları, dərləmələri, bilimsəl-sənətsəl çalışmaları və özəlliklə yayımladığı kitablarla tanınan İTÜ Türk Musiqisi Dövlət Кonservatuarı Sənətçi Öўrədim Görəvlisi / Müzikoloji Anabilim Dalı Başqanı Süleyman Şənel bir reportajda, bu çalğınıŋ kökəni sorusuna və soŋ dönəmdə Ermənilər tərəfindən sıx-sıx gündəmə gətirilməsi olayına açıqlıq qazandırır: “Bilhassa 20. yüzyılda gerek yurt içinde, gerekse yurt dışında yayımlanmış kimi kitap, makale ve hatta plak / kaset / cd kapaklarında, Ermenistan’da “duduk” adı verilen bir çalgı olduğu konusunda kayıtlara rastlanmaktadır. Bu yönü ile doğrudur. Ancak şüphesiz bu bilgiler, söz konusu çalgı tipinin, bir Ermeni müzik aleti olduğunu tek başına göstermez ve ispatlamaya da yetmez. Ayrıca, “duduk” tabirinin etimolojisine de bakmak lâzım gelir. Bu, etimologların görevi… Hatırlayabildiğim kadarıyla, Türk Edebiyatına ait 13.-14. yüzyıl yazma eserleri içinde rastlanabilen çok eski tabirlerden biri “düdük”. Mesela, Kitâb-ı Dede Korkut’ta geçiyor. (Bkz: Orhan Şaik Gökyay, Dedem Korkudun Kitabı, Başbakanlık Kültür Müsteşarlığı Kültür Yayınları, MEB, İstanbul, 1973, s. 123/26 ve s. 98/24]: “[Begil’in oğlu Emren Bahadur] Oğlan kafiri götürdü, yere urdu. Burnundan kanı düdük gibi şorladı: s. 123/26”; “Düdük gibi kan şorladı: s. 98/24”).” Qorxuram bu səfər də Dədə Qorqud Erməniləşdirilər! Ustad, “www.armanianduduk.com, www.teta.it/narada/duduk.html, www.dudukonline.com vs. kimi adreslərdə və “Traditional Armanian Folk Instruments”, “Armanian Instruments Menu” kimi başlıqlar altında, düdüўüŋ yanısıra Azərbaycan'da, Dağıstan'da və Türkiyə'də də icra edilən “tar”, “kamança”, “ud”, “qanun”, “qoval”, “qoltuq davulu”, “qoşa nağara” və “bağlama” kimi çox sayıda sazıŋ da “Erməni Xalq Çalğıları” başlığı altında ələ alındığı yolunda çeşidli bilgilərə rastlandığına” yönəlik bu dəўərləndirməni verir: “Ermeni Müzik Aleti” olarak adlandırmanın, öncelikle dünyaya açılmayla alâkalı, biraz da milliyetçi bir tutum olduğunu düşünüyorum ben. Yani, kültürlerarası kaynaşmayı öncelikle kabul edip, bunu açıkça dile getirmek ve yazılı belgelerle bir çalgının tarihi hakkında bilgi ve görüş ortaya koymak yerine -ki bu iş müzik tarihçilerinin ve organologların işi- yukarıda bahsettiğiniz uygulamalara girişmek, dünyaya açılma politikasının ve kültürel propaganda amacının bir sonucu olarak görülüyor. Bu uygulamalar şüphesiz zarar vericidir. Bu çerçevede, dünya ulusları, kültürel değerlerini tanıtma konusunda yoğun çabalar sarf ediyorlar. Ellerini de biraz çabuk tutuyorlar. Burada zikrettiğiniz bütün çalgıların sedaları, yazılı belgelerle de sabittir ki yüzyıllardır bu toprakların gök kubbesinde çınlıyor. Bölgesel bazda, kültürel alış-verişin olması normaldir, ortak kullanım da doğal karşılanabilir, taşınma da olabilir. Ancak, aşırı sahiplenme duyguları ile hareket edildiğinde, insanlar ve toplumlar tarih önünde zor durumda kalabilirler. Mesuliyeti son derece ağır olan bu ve benzeri konuların mutlak surette âlimler tarafından yorumlanması, tanımlanması ve belgelenmesi gerekir.”
(reportajiŋ bütünü: http://www.turkuler.com/yazi/meybalaban.asp)
Özüldə aşıq/aşuq musiqisi (Ermənicədə ‘kusan’ da birbaşa Əski Batı Türkcəsindəki ‘ozan’ sözündən gəlir) və bugün iddia edilən çalğılar məncə ilk öŋcə Xıristiyan olan və zamanla Müsəlmən toplum tərəfindən dışlanaraq Erməniləşən Türk topluluqlar (özəlliklə bugün də soyadı Türkcə+yan olanlar) araçılığıyla belənçi Erməni toplumuna sızmışdır. Adı belə Türkcə bir söz olan bugünkü Haylar Urartularıŋ, Albanlarıŋ və Xıristiyanl Türkləriŋ bütün mirasını öz adlarına çıxmaqla yetinməyib 20-ci yüzildə tanışdıqları uyğarlıq ürünlərini də yiyələnirlər. 90’lardan soŋra isə Batı dünyası bunlara daha yaxın olduğu üçün bu əsərləri —bilər-bilməz—doğrudan onlarıŋ adına təscil edir (özəl olaraq filmusiqisində Civan Qasparyan’ıŋ araçılığıyla).
Bilindiўi üzərə tütək-balabanıŋ əŋ öŋdə gələn çalğıçılarından biri də dünyaca tanınmış Əlixan Səmədov’dur.
***
Maraqlısı:
Film üçün bu musiqiniŋ seçilməsiniŋ uyğunluğu bəlkə Azərbaycan’ıŋ (Alban bölgəsiniŋ) ilk Xıristiyan dövlət —ya da ilklərdən biri— olmasında saxlıdır: Qafqaz Albaniyası deyə bilinən bu dövlət, D.S. 4. yüzildə dünyada Xıristiyanlığı tapusal (rəsmî) dini seçən ilk uluslardan (kimilərinə görə də ilk) sayılırdı. Bütün bölgədə əŋ köhnə kilsə də elə Azərbaycan’ıŋ quzeydoğusunda, Kiş kəndində kök salıb. Burasi İsa’nıŋ həvâriləri və çağdaşları tərəfindən səfər edilmiş qədim torpaqdır.
Ancaq hardasa heç bilinməyən bir giz daha var:
İsa dinsəl inanclar içində Qamtörə (Türk şamanlığı) inancındakı Qam tipləməsində əŋ yaxın elçi olaraq tanımlanabilər. Qamtörə’niŋ Üç Qutluq (öz/oluş-töz/varlıq-tin/varoluş simgəsi olan Göўtaŋrı-Atalar-Doğa: İrən-Ərən-Evrən) ilkələri başqa bir qılıqda Xıristiyanlıq ‘üçləmə’sində (Ata-Oğul-Qutsal Özüt) yenələnir (necəki Zərdüştlük və İslam’a da başqa qılıqda girmişdir). 12 sayısı da Qamtörə’yə aid qutsal topluluq sayıdır (Şiîliўə də keçmişdir). Əski Türkcədə İzi-İsi/İs-İyə (iδi ( idi), ‘yiyə; Rəb’ deməkdi…

Şahbeytlər: I

(Dərləmə-Çevriyazı: T. Ata)

“Avâzəyi bu ‘âləmə Dâvûd gibi sal;
Bâqî qalan bu qubbədə bir xoş sədâ imiş”
(Bâqî)

Gər mən mən isəm, nəsən sən ey yâr?
Və'r sən sən isəŋ, nəyəm mən-i zâr?
Hz. Füzûlî

Çıxarmaq etsələr təndən çəkib peykânıŋ ol sərviŋ
Çıxan olsun dil-i məcrûh, peykân olmasın Yâ Rəb!
Hz. Füzûlî

Mərhəm qoyub oŋarma, sînəmdə qanlı dağı
Söndürmə öz əliŋlə, yandırdığıŋ çırağı!
Hz. Füzûlî

Yâ ver baŋa mehnətimcə tâqət
Yâ tâqətim olduğunca mehnət!
Hz. Füzûlî

Öylə zə‘îf qıl tənimi firqətində kim
Vəslinə mümkün ola yetürmək sabâ məni...
Hz. Füzûlî

Dəst-bûsı arzusıyla gər ölürsəm dôstlar,
Küzə eyləŋ toprağım, suŋuŋ anuŋla yâra su!
Hz. Füzûlî

Yâr içün əğyâra minnət etdigim ‘eyb eyləmə
Bāğban bir gül içün miŋ xâra xidmətkâr olur.
Hz. Füzûlî

Cənnət içün mən‘ edən âşiqləri dîdârdan
Bilməmiş kim cənnəti âşiqləriŋ dîdâr olur!
Hz. Füzûlî

Kârbân-ı râh-ı təcrîdiz xətər xəvfin çəkib
Gâh Məcnûn, gâh mən dəvr
(dövr) ilə növbət bəkləriz!
Hz. Füzûlî

Ey Füzûlî qalmışam heyrətdə bilməm n’eyləyim
Dəhr zâlim, baxt nâ-fərmân, ğəm çox, ‘ömr az…
Hz. Füzûlî

‘Vəslim dilərsin çün’ dediŋ, ‘Lütf edübən*, olsun!’ dediŋ
Yarın dediŋ, bir gün dediŋ, fərdâlara saldıŋ bəni!
Bâqî
(* lütf edübən: lütf edəyiŋ ‘lütf edəm’)

Yoluŋa cânâ rəvân etsəm gərək cânım dedim
Yüzümə biŋ xışm ilə baqdı dedi cânıŋ mı var?!
Zâtî

Gör zâhidi kim sâhib-i irşâd olayın dir
Dün məktəbə vardı bugün ustâd olayın dir
Bağdadlı Rûhî
(olayın: olam, dir: deyər)

Xalq içində mu‘təbər bir nəsnə yoq dəvlət gibi
Olmaya dəvlət cihânda bir nəfəs sihhət gibi!...
… Olsa qumlar sağışınca ‘ömrünə hədd ü ‘ədəd
Gəlməyə bu şîşə-i çarx içrə bir sâ‘at gibi!...
Muhibbî (Qânûnî Sultan Süleyman)
nəsnə: zad/ şey, sağış: sayı

Şîrlər pəncə-i qəhrimdə olurkən lərzân
Bəni bir gözləri âhûya zəbûn etdi fələk!
I. Səlim

Nə bəyân-ı hâla cür'ət, nə fiğâna tâqətim var
Nə rəcâ-yı vəslə ğəyrət, nə firâqa qudrətim var
Əndərunlu Vâsif Əfəndi

Bağda meylər içilir, nâlələr eylər neylər,
Səsi çıqmaz, ‘əcəbâ bülbül uyur mu, n’eylər?!
Əbdurrəhim Künhi Dədə (Hâfiz Şeydâ)

Sandûq-ı ‘acâ’ib gibidir günbəd-i gərdûn
Bir-birinə uymaz neçə sûrət var içində…
Sünbülzâdə Vəhbî

Oldu bâzîçə-i ‘eşqində nihân xâtəm-i dil
Çîn-i zülfündə midir, səndə midir, bəndə midir?!
Nâbî

Tâ geçməyincə mədrəsə-i qîl ü qâldan
Aŋlamaz istilâhı kitâb-ı məhəbbətiŋ!
Nâbî
.
Bəndə yoq səbr ü sükûn, səndə vəfâdan zərrə
İki yoqdan* nə çıqar, fikr edəlim bir kərrə!
Nâbî
(*İki yox: Na- və Bî- əkləri Farscada olumsuzluq, yoxluq əkləridir!)
.
‘Ərz-i hâl etməgə cânâ səni tənhâ bulamam
Səni tənhâ bulıcaq kəndimi aslâ bulamam!
Səlîkî (16. y. Ulvî də təxmis edib)

Saqın sən kûy-i cânânı uzaqdur sanma ey Məcnûn
Səhər yola girən âşiq, gecə Leylâ’da aqşamlar!
Bursalı İsmâ’îl Bəlîğ

Gəl-gəl bərü ki səvm ü səlâtıŋ qəzâsı var
Sənsiz keçən zamân-ı hayâtıŋ qəzâsı yoq!...
Nəsîmî

Köŋül qəmini nicə səfhə-i bəyâna yazam
Qələmdən od çıquban qorqarım ki yana, yazam!
‘Əvnî (Övni: Sultan Məhəmməd Fâtih)

Cihân-ârâ cihân içindədür arayı-bilməzlər
O mâhîlər ki dəryâ içrədür dəryâyı bilməzlər!
Xəyâlî

Gün yüzüŋ görməyəlidən ki günüm dün gibidir,
Baŋa biŋ yılca gəlir, gərçi saŋa dün gibidir!
Qaramanlı Nizâmî

İvmə ey dil, səbr qıl, ivmək məlâlət göstərir
Görəlim âyinə-i dəvrân nə sûrət göstərir!...
‘Eşqî
(ivmək: tələsmək)

Ğərq-i ‘eşq oldum, qaşıŋ qiblə-nümâsın ‘ərzə qıl
Kim bulur mərdüm rəh-i dəryâ-yı usturlâb ilə…
‘Eşqî

Kəndi əlimlə yâra kəsib verdigim qələm
Fətvâ-yı xûn-ı nâ-haqqımı yazdı ibtidâ
Nəvrəs-i Qədîm

Boyandım rənginə, solmazam ayruq
Âşiqəm; ölməzəm, ölməzəm ayruq!
Yunus Əmrə

Gündə bir taşı binâ-yı ‘ömrümüŋ düşdü yerə
Can yatar ğafil; binâsı oldu vîrân bî-xəbər
Niyâzî-i Misrî

Ey dil hələ ‘âləmdə bir âdəm yoğ imiş
Var isə də əhl-i dilə məhrəm yoğ imiş
Ğəm çəkmə, həqîqətdə əgər ‘ârif isəŋ
Fərz eylə ki əl’ân yinə ‘âləm yoğ imiş!
Nəf‘î

Xoşca baq zâtıŋa kim zübdə-i ‘âləmsin sən
Mərdüm-i dîdə-i əkvân olan âdəmsin sən!
Ğâlib Dədə

Sanmaŋ bizi kim şîrə-i əngûr ilə məstiz
Bîz əhl-i xərâbâtdaŋuz, məst-i ələstiz!
Rûhî

Göz yum cihâna, aç gözüŋü, dəm gəlib geçər
Sən göz yumub açınca bu ‘âləm gəlib geçər!
‘Əbdülhaq Molla

Yoq bu şəhr içrə səniŋ vəsf etdigiŋ dilbər, Nədîm
Bir pərî-sûrət görünmüş, bir xəyâl olmuş saŋa!
Nədîm

Bir nihânîcə təbəssüm də mi sığmaz, cânâ
Söylə —bi’llâh— dəhânıŋ o qədər təng midir?!
Nədîm

Güllü dîbâ giydiŋ ammâ qorqarım âzâr edər
Nâzənînim sâyə-i xâr-i gül-i dîbâ səni!
Nədîm

Bûy-ı gül təqtîr olunmuş, nâzıŋ işlənmiş ucu
Biri olmuş xoy, birisi dəstmâl olmuş saŋa!
Nədîm
(bû: qoxu, təqtîr: damladılma, xoy: tər, dəst-mâl: yağlıq)

Gəlir mehmân-ı ğəm cânâ, şəb-i firqət hücûm eylər
Göŋül zənbûr-vəş inlər; nə bal eylər, nə mûm eylər!
Taşlıcalı Yahyâ
(zənbûr-vəş: arı sayağı)

Çîn-i zülfün miskə bəŋzətdim, xətâsın bilmədim
Key pərîşân söylədim, bu yüz qarasın bilmədim
Cânıma bir mərhabâ sundu əzəldə çəşm-i yâr
Şöylə məst oldum ki ğeyriŋ mərhabâsın bilmədim!
Əhməd Paşa
(Fâtih’iŋ vəziri; 15. y.)

Dün təbîbə dərd-i dildən bir dəvâ sordum, didi:
Ğəm yiməkdən özgə bu dərdiŋ dəvâsın bilmədim
Əhməd Paşa

Cân yandı nâr-ı ‘eşqinə, yansın bədən daxı
Âtəşpərəst-i ‘eşqə gərəkməz kəfən daxı!
’Əli Rûhî

Gül âtəş, gülbün âtəş, gülşən âtəş, cûybâr âtəş.
Səməndər-tiynətân-ı ‘eşqə bəsdir lâləzâr âtəş...
Şeyx Ğâlib

Kəvsər-i âtəş-nihâdıŋ adı ‘eşq
Dûzax-ı cənnət-nümânıŋ adı ‘eşq
Bir lüğət gördüm, cünûn ismində bən
Anda həp cəvr ü cəfânıŋ adı ‘eşq!
Şeyx Ğâlib

Səniŋ zəncîr-i zülfündən dil-i dîvânə bənd istər
Usandı hicr ilə cândan, asılmağa kəmənd istər!
’Ədlî (II. Bəyazıd)

Noqtası bir kitâbdır ‘eşqiŋ
Zərrəsi âftâbdır ‘eşqiŋ
Ğərq olur qətrəsində kəvn ü məkân
Gizlənür zərrəsində hər dü cihân
Ərzurumlu İbrâhim Haqqı

Bir gül dalında durduğu müddətcə tâzədir
Bir gül çələngə girdiўi gün bir cənâzədir!
Fâruq Nâfiz

Yârân-ı vətəndən bizi özlər bulunursa
Düşdük səfər-i qurbətə, möhtâc-ı du‘âyız!
Ziyâ Paşa

İdrâk-i mə‘alı bu küçük ‘aqla gərəkməz
Zîrâ bu tərâzû o qadar siqləti çəkməz!
Ziyâ Paşa

Şəb-i Yəldâ’yı muvəqqitlə münəccim nə bilir
Mübtəlâ-yı ğəmə sor kim gecələr qaç saat?!
Sâbit
(şəb-i yəldâ: çillə gəcəsi, muvəqqit: çağbilici, münəccim: ulduzçu, qaç: neçə)

Dildə ğəm var şimdilik lütfeylə gəlmə ey sürûr
Olamaz bir xânədə mihmân mihmân üstünə!
Râsix

Nəvâî’dən Bir Rubâî


قورقوتمه مینی تاموغ‌دین ای زاهد یخ ٭ جنّت منکا بولغوسی دیبان اورمه زنخ
کیم دوزخ آنینک یادی بیله جنت ایرور ٭ جنّت باری سنینک بیله باردور دوزخ

____________________________________
Qorqutma mini tamuğdın ey zâhid-i yəx
(Qorxutma məni tamudan (cəhənnəmdən), ey buz zâhid!)
Cənnət məŋə bolğusı dibən urma zənəx
(“Cənnət məŋə olası” deyibən çənə vurma)
Kim dûzəx anıŋ yâdı bilə cənnət irür
(Çünkü tamu onuŋ yadı ilə cənnət olar)
Cənnət barı səniŋ bilə bardur dûzəx!
(Cənnət bütün səniŋlə cəhənnəmdir!)
*
(Dîvân; əlyazma, y: 221/b)

ADI AŞQ…

Cihânı hiçə satmaqdur, adı ‘eşq
Döküb varluğı gitməkdür, adı ‘eşq

Əlində sükkəri ayruğa suŋub
Ağuyı kəndü yutmaqdur, adı ‘eşq

Bəlâ yağmur gibi gökdən yağarsa
Başını aŋa dutmaqdur, adı ‘eşq

Bu ‘âləm sanki oddan bir dəŋizdür
Aŋa kəndüyi atmaqdur, adı ‘eşq

Var, Əşrəfoğlı Rûmî, bil həqîqət
Vücûdı fânî etməkdür, adı ‘eşq!

Əşrəfoğlu Rûmî

Sükkər: şəkər
Ayruq: Başqa, ayrısı

Suŋmaq: təqdim etmək
Ağu: zəhr
Kəndü: öz(ü)
Aŋa: oŋa
Var: get!

SƏNSƏDİM (Sənsizlədim)!

Görməyəl’dən yüzünü bən key nigârım, sənsədim!
Âh u zâr ilə geçər bu rûzgârım, sənsədim!

Gül cəmâlıŋ gülşəniŋ gül gibi ‘ərz et baŋa ki
Bülbül-i şûrîdə-vâr —ey gül-‘izârım— sənsədim!

Göŋlümüŋ şəhrini kim vîrân edibdir zülm ilə?
Gəl yinə mə‘mûr qıl —ey şəhriyârım— sənsədim!

Söhbətindən vəsliŋiŋ, ayrı düşəl’dən ney gibi
Göklərə irgirmişəm fəryâd ü zârım; sənsədim…

Firqətiŋ yolunda bən topraq anuŋ-çün olmuşam
K’ilədə səndən yana yellər, ğubârım; sənsədim…

Gəl bərü cânım gibi iki cihânda sevgili
Səndən özgə yoxdurur ‘âləmdə vārım; sənsədim!

Bən —Hümâmî— düşmüşəm dərdiŋə nitəkim Süheyl
Qandasın dərmân, yetiş ey Nəvbahâr’ım, sənsədim!
____________________________________
Görməyəl’dən: Görməyəlidən (görməyəndən bəri)
Key: çox (ki?)
Sənsədim: səni özlədim, sənsizlədim
Âh u zâr: inləyiş
Şûrîdə-vâr: kilki qarışıq
Gül-‘izâr: gülyaŋaq
Mə‘mûr: bayındır (abad)
Şəhriyâr: Urxan (şəhər vâlisi)
Düşəl’dən: düşəlidən (düşəndən bəri)
İrgirmişəm: Çatdırmışam
Anuŋ-çün: Onuŋ üçün
K’ilədə: ki ilədə (çatdıra)
Yoxdurur: yoxdur
Nitəkim: necə ki
Süheyl-Növbahar: Dîvan yazınında adlım iki sevgili
Qandasın: Hardasan?



Hümâmî
15. yüzil şâiri Hümâmî, “İzniqli Hümamî” deyə tanınar. II. Murad dönəmi şâirlərindən olub yaşamı qonusunda bilgi yoxdur. Şeyxî və Əhmədî ilə bir yüzildə yaşadığı; bir Dîvan’ı olduğu; 13-14. yüzil Güney Azərbaycan şâirlərindən Təbrizli Hümâm’ıŋ (1239-1314) “Sînâmə” (Otuzlama) adlı əsərini yenə eyni adla Türkcəyə çevirdiўi, qoşulu (mənzum) otuz məktubdan meydana gələn, təsəvvufî eşqlə ilgili bu əsəri Vəzir Xəlil Paşa’ya suŋduğu bilinməkdədir (1436’da bitirilən 1310 qoşaqlıq Sînâmə 1996’da Mustafa Altun tərəfindən İstanbul Universiteti’ndə yüksəklisans tezi olaraq işlənmişdir). Sînâmə’niŋ əldə bulunan yazma nüsxələrindən biri Paris Bibliothèque National’dadır. Şeyxî’dən soŋra dönəmiŋ ikinci böyük şâiri sayılır. Diўər Güneyli ozan Səlmân-ı Sâvəcî’niŋ (Savalı Salman: 1309-1376) müsənna qəsîdəsinə qoşduğu nəzîrə (taylama) bəўənilmişdir. Fâruq Qədri Timurtaş, şâiriŋ çeşidli toplularda yer alan 11 şeirinə “Eski Türkiye Türkçesi” (İstanbul: 1977) adlı əsərində yer vermişdir.

Şeyxiŋ Nüsxəsi!

Nüsxəŋ mərəz-i eşqə davâ eylmədi hîç
Ey şeyx-i kərâmət-fürûş, əz də suyun iç!

Türk ədəbiyyatında Səbk-i Hindî’niŋ (Azərbaycan Axımı’nıŋ) hardasa bütün özəlliklərini şeirinə yaŋsıdan və sənətini bu sayaq ilə oluşduran əŋ öŋəmli şâirlərdəndir Na’ilî Mustafâ (ö.1666). Xəlvətîliўiŋ çeşidli öўrədiləriylə (doctrine) də süslədiўi şeiri zəngin bir altyapı yanında geŋiş bir düş-imgə yelpiўiylə gözlər qamaşdırar.

UZ[UN]DİLLİ OZAN: NƏF’Î (1572-1635)

“Şimdi xeylî süxənvərân içrə
Nəf‘î mânəndi var mı bir şâ‘ir?
Sözləri Səb‘ə-yi Mu‘əlləqədir
İmrəü’l-Qəys kəndidür kâfir!” (Şeyxülislâm Yəhyâ)
(İndiki söz ustaları içində Nəf’i kimi bir şâir daha yoxdur. Çünkü onuŋ şeirləri ‘yeddi asqı’ (Câhiliyyə dövrü) şeirləri kimidir və özü də İmrəü’l-Qeys sayılır).
*
Türk divan şeiriniŋ əŋ böyük ustalarından biri olan, Türk ədəbiyyatınıŋ əŋ güclü qəsîdəyazarı olaraq tanınan 17-ci yüzil ozanı Nəf'î, Ərzurum'uŋ Həsənqalabucağı’nda doğuldu. Özgün adı Ömər'dir. Şirvan’dan köçmüş olan atası Sipâhi Məhməd Bəў, Qırım xanı Canıbəg Giray'ıŋ nədimi idi. Qırım Xanı'na sunduğu qəsîdə və şeirlərdən onuŋ da bir şair olduğu anlaşılır.
Nəf’î’niŋ doğum târixi kəsin deўildir (təxminən 1572). Yaxşı bir öўrənim görmüş olan ozan, Ərəbcə və Farsca da bilirdi. Qırım Xanı'nıŋ tapşırığıyla Sədrə’zəm Quyuçu Murad Paşa onu himâyəsinə alınıb İstanbul'a göndərmişdir, İstanbul'a gedincə 1. Əhməd’ə sunduğu qəsîdələrlə diqqəti çəkən Nəf'î qısa zamanda ünlü olmuşdur. "Nəf'î" məxləsini oŋa dostu ve qoruyucusu olan târixçi Gəlibolulu Âli taxmışdır.

II. Osman, I. Murad və IV. Murad dönəmlərində İstanbul’da yaşayan Nəf'î, əŋ çox IV. Murad dönəmində ötərlik (êtibar) görmüş, ad-san qazanmış, yenə onuŋ dönəmində —uz[un]dillilik ucundan— Bayram Paşa tərəfindən boğdurulmuşdur. Nəf'î'niŋ boğdurulmasına çox sərt və kəskin həcvləri (yergiləri, loğazları) nədən oldu. O həcv ədəbiyyatınıŋ bir qurbanı, bir məzlum qəhrəmanıdır. Baxmayaraq ki birsıra həcvləri 'yergi' nitəliўini aşıb 'söўüş' kökünü almışdır, yerdiўi (həcv etdiўi) kimsələr də dövlətiŋ əŋ üst basamaqdakı yönədiciləridir ancaq, o çağa özgü ortam və aŋlayışa baxmayaraq, o “ciddi кomedisindən” dolayı bu trajik soŋu haqqetməmişdir.

Nəf'î, padişahdan başqa bütün dövlət adamlarını çox ağır kökdə ələşdirib yergiyə tutaraq onları qızdırmış, özünə düşmən qılmışdı. Nəf’î'yə qarşı duyulan ortaq kini, sağlığında yazılmış bu Farsca qoşaq (beyt) çox yaxşı göstərər:
"Adı Nəf'î olan o yergiçi şâiriŋ öldürülməsi, lap əŋərək ilanınıŋ öldürülməsi kimi, hər dörd məzhəbdə vâcibdir."
Bu Farsça beyt, incələdiўimiz bir Siham-ı Qəzâ nüsxəsində Nef'îniŋ Qafzâdə Fâizî’yə yazdığı bir yergi parçasından açıqca aŋlaşıldığına görə, Qafzâdə Fâizî tərəfindən söylənmiş olmalıdır. Nəf'î qətlini gərəkli görən dönəmiŋ önəmli şəxsiyyətlərindən Qafzâdə Fâizî'yə belə yaŋıd vermişdir:
“Qâfoğlı, nəsîhətdür, eşit bu sözi bəndən
Bil rütbə-i ‘irfânuŋı, yârâna ulaşma!
Zəhri qatı mühlikdir anuŋ, bir daxı zinhâr,
Əf‘îyə dolaş [amma ki] Nəf‘î’yə dolaşma!”
Nəf'î yergilərini "Sihâm-i Qəzâ" (Yazğı Oxları: “سِهام قضا”) adlı əsərində toplamışdı. IV. Murad bir gün 1039 (1649) ilində Beşiktaş'dakı sarayında bu əsəri oxurkən taxtıŋ yaxınına bir ıldırım düşüb, padişah da bunu bir uğursuzluq saymışdı. Nəf'î'ni tapusuna (huzuruna) gətirdərək artıq yergi qoşmamasını tapşırmışdı. Bu olay üzərinə dönəmiŋ şâirləri bu qoşağı söyləmişdilər:

"Gökdən nəzîrə endi Sihâm-i Qəzâsı’na
Nəf'î diliylə uğradı Haqq'ıŋ bəlâsına.”

Nəf'î tövbə etmişdi, ancaq alışqanlıq üzündən sözünü (dilini!) tutanmayıb, sədârət qâimməqamı Bayram Pasa üçün ağır bir yergi yazmaqdan özünü tutanmamışdı. Bunu salıq (xəbər) alan pâdişah Nəf'î'ni çağırtmış, yeŋi bir yergisi olub-olmadığını sormuş, o da sulu yaman kimi olan yergisini cibindən çxarıb pâdişaha göstərmişdi. Sultan IV. Murad öŋcə həcviyyəsini keflə dinləmiş, ancaq eyni həcvi Bayram Paşa’ya göstərincə, onuŋ yalvarmalarına dayananmayaraq Nəf'î'ni oŋa təslim etmişdi. Bayram Paşa da 1635 ilində bir fətva alaraq böyük şâiri boğdurmuş və cəsədini dəŋizə atdırmışdı.

Beləcə baba-iўid dikbaş ozan, doğum yeri həsəbiylə bağlı olduğu yerlisi Nəsimi sayağı “üsyançı” nəsliniŋ soŋuna uğrar.
***
Nəf’î heç quşqusuz yergi deyildiўində Türk yazınınıŋ əŋ öŋdə gələn adıdır. Onu ölüm ayağına aparan bu ustalığını canıyla damğalar. Baxıŋ onu yergiləyən düşmənlərinə qarşı necə yaŋıd verir:


"Tâhir əfəndi bizə ‘kəlb’ demiş

İltifâtı bu sözdə zâhirdir.

Mâlikî'dir məzhəbim zîrâ,

E'tîqâdımca kəlb tâhirdir!"

(‘Kelb’ Ərəbcə ‘it’ deməkdir; 1. ‘Kəlb tâhirdir’: it —bu məzhəbdə— təmizdir; 2. ‘Kəlb —məncə— Tâhir [Əfəndi]’dir!’).

"Baŋa kâfir demiş müftü əfəndi

Tutalım bən diyəm oŋa Müsəlmân

Varıldıqda yarın Rûz-ı Cəzâ'ya

İkimiz də çıqarız onda yalan!"


Nəf'î'niŋ iki üstün özəlliўi vardır: Birinci özəlliўi, şeirlərindəki görkəmli âhəngdir. Onuŋ dizələrində (misralarında) söz və səs əŋ gözəl biçımdə anlaşar, qulaqda uz, xoş yaŋqılar (əks-i sədâlar) oyandırar; ikinci özəlliўi məcazlarındakı zənginlik, geŋişlik və ucalıqdır. Öўgü və yergilərində əŋ aşırı xəyalları əŋ gözel bir səs və üslub içində verəbilməkdədir. Ara-sıra qəsîdələrində gördüўümüz aşırı süs və abartılar bilə, gözəl âhəngi ilə sunîlikdən uzaq doğal bir havadadır.Əsərləri: Nəf'î'niŋ biri Türkcə, obiri Farsca iki Divan'ı, həcviyyələrini biraraya toplayan "Sihâm-i Qəzâ" adlı bir əsəri və "Töhfətü’l-‘Uşşâq" adlı 97 beytlik Farsca bir qəsîdəsi vardır. Türkcə Divan'ı 1 nə’t, 57 qəsîdə, 119 qəzəl ilə çeşidli parçalardan və 15 rubâidən meydana gələr.
Türkcə dîvanı 1936 və 1953’də basıldı. Farsca dîvanı Əli Nihad Tarlan tərəfindən Türkcəyə çevirilib yayınlandı (1943). 1943’də Səfvət Sıdqı’nıŋ yayınladığı Sihâm-i Qəzâ’nıŋ isə Ə. Qaraxan’ıŋ hazırladığı tanıtma kitabı T.C. Milli Eўidim Baxanlığı yayınları arasında çıxdı (1972, 1985). Prof. Dr. Əbdülqâdir Qaraxan “Dîvânından Seçmələr” kitabını da yayınlamışdır (1972). Nəf’î və əsərləri qonusunda Tulğa Ocaq’ıŋ —basılmamış— doçentlik tezi vardır. T.A.
_______________________________________________________________________


Tūtî-yi mu‘cizə-gūyəm, nə desəm lāf dəgül
Çarxla söyləşəməm, āyinəsi sāf dəgül

Əhl-i dildir diyəməm sînəsi sāf olmayana
Əhl-i dil bir-birini bilməmək insāf dəgül

Yinə əndîşə bilür qədr-i dür-i güftārum
Rūzgār isə dənî, dəhr isə sərrāf dəgül

Girdi miftāh-i dər-i gənc-i mə‘ānî əlümə
‘Āləmə bəzl-i gühər eyləsəm itlāf dəgül

Ləvh-i məhfūz-i süxəndir dil-i pāk-i Nəf‘î
Təb‘-i yārān gibi dükkānçə-yi səhhāf dəgül!

Nəf‘î

VƏTƏN (Həmdullah Subhî)




Həmdullah Subhî [Taŋrıövər] حمدالله صبحی
(1885 - 1966)


VƏTƏN وطن
“Türk Milli Marşı Sözü” «ملی مارشمزڭ کفته‌سی»

Ey mâdər-i ələm-zədə, ey yâr-i âşinâ ای مادر ألمزده، ای یار آشنا
Pâyana erdi artıq o hicrân zamânları پایانه ایردی آرتق او هجران زمانلری
Aç sînə-yi visâlıŋı əvlâd-ı zârıŋa آچ سینهء وصالڭی اولاد زاریڭه
Sıq qəlb-i eşqiŋ üstünə məhcûr olanları صیق قلب عشقڭ اوستنه مهجور اولانلری

Bitsin o əski yaşları sil, böylə qalmasın بیتسین او اسکی یاشلری سیل بویله قالماسین
Mâzîyə baxma gözləriŋ âlâma dalmasın ماضی‌یه باقمه کوزلرڭ آلامه دالماسین
Biz rûhumuzda yâdıŋı bir ân uyutmadıq بز روحمزده یادیڭی بر آن اویوتمادق
Bədbaxt idik, əsîr idik, ammâ unutmadıq بدبخت ایدك، اسیر ایدك اما اونوتمادق
Taq ləyl-i zülfüŋ üstünə nəcm ü hilâlıŋı طاق لیل زلفڭ اوستنه نجم و هلالڭی
Göstər cihâna hişmət-i hüsn-i cəlâlıŋı کوستر جهانه حشمت حسن جلالڭی
Baq nəğmələrlə yüksəliyor tatlı bir sədâ باق نغمه‌لرله یوکسه‌لیور طاتلی بر صدا
Baq zəmzəmân-ı nûr ediyor şimdi ibtidâ باق زمزمان نور ایدییور شیمدی ابتدا

Ey mâdər-i ələm-zədə, ey qəlb-i mehr ü mâh ای مادر ألمزده ای قلب مهر و ماه
Qaldır sər-i məlâlıŋı, baq, başlıyor sabâh! قالدیر سر ملالڭی باق باشلایور صباح

Saat 25

beşinci ilçağım
13-cü ayım
uğursuz sayım!
saat: iўirmibeş;
bütün olasılıqlarıŋ
əŋ soŋuncu seçənəўi
ilkyazıŋ taŋrıçası, yayıŋ muştuçusu, güzüŋ elçisi
çığ altında qar çiçəўi!
çağ altında ötələriŋ gerçəўi,
orundan irəli
uzayıŋ qaradəliklərində
nəmrəniŋ qaraçoru
iki-dirlikli biz;
iki tin var tənimizdə
ötədən-bəri
“bir mən var məndən içəri”!

20.06.04
istanbul/cəvizlibağ

___________________________
ilçağ: mövsim (fəsl)
orun: məkan

uzay: fəza
nəmrə: F. nâkocââbâd
qara çor: Şamanizm’də neqatif enerji
ikidirlikli: F. do-zîst

tin: can.

N'eylərsən?

od çənbəri daralmış,
dörd yanı yağı almış;
iştə, tək qurşun qalmış;
n’eylərsən?!

bütün yollar kəsilmiş,
qala yeŋilmiş; yurd da, qurd da basılmış,
carçı yahı asılmış;
n’eylərsən?!

qaraŋlıqlar bulaşmış
sel —daşmış— başdan aşmış
səni satan; yoldaşmış;
n’eylərsən?!

soŋ gülləm;
ya qapılmaq, ya qıyınmaq ya ölüm!
qollarım yanımda deўilsə; n’eyl’im?
n’eylərsən?!...


26 Haziran ’04
cəvizlibağ

Xəyâlî’dən İkicə Çılğın Qəzəl

(Özgün biçimiylə- Çevriyazı: T.Ata)


جهان آرا جهان ایچینده‌دور آرایی‌بیلمزلر
او ماهیلر که دریا ایچره‌دور دریایی بیلمزلر

خرابات اهلینه دوزخ عذابن اکمه ای زاهد
که بونلر ابن وقت اولدی غم فردایی بیلمزلر

شفق‌گون قان ایچینده داغینی سیر ایتسه عاشقلر
کونشده ذرّه کورمزلر فلکده آیی بیلمزلر

خمیده قدلرینه رشتۀ عشقی تاقوب بونلر
آتارلر تیر مقصودی ندندور یایی بیلمزلر

خیالی فقر شالینه چکنلر جسم عریانی
انوکله فخر ایدرلر اطلس و دیبایی بیلمزلر

*
Cihān-ārā cihān içindədür, araryıbilməzlər!
O māhîlər ki dəryā içrədür, dəyāyı bilməzlər!

Xərābāt əhlinə Dūzax ‘əzābın aŋma ey zāhid
Ki bunlar ibn-i vaqt oldı, ğəm-i fərdāyı bilməzlər!

Şafaq-gūn qan içində dağını seyr etsə āşiqlər
Günəşdə zərrə görməzlər, fələkdə Ay’ı bilməzlər!

Xəmîdə qədlərinə riştə-yi əşki taqub bunlar
Atarlar tîr-i məqsūdı, nədəndir yayı bilməzlər!

Xəyālî fəqr şālına çəkənlər cism-i ‘üryānı
Anuŋla fəxr edərlər, Atlas ü dîbāyı bilməzlər!
__________________________
Cihān-ārā: dünya süsü, bəzəўi
Arayıbilməzlər: arayabilməzlər, axtaranmazlar
Māhî: balıq
Dəryā: dəŋiz
Xərābāt əhli: örənlik eli (meyxânə əhli)
Dūzax: cəhənnəm
İbn-i vaqt: çağoğlu (bu dəmi yaşayan)
Ğəm-i fərdā: yarınıŋ tasası
Şafaq-gūn: şafaq rəngi
Xəmîdə: əўilmiş
Riştə-yi əşk: gözyaşı ipliўi
Tîr-i məqsūd: istək oxu
Fəqr şalı: heçlik/yoxsulluq şalı
Cism-i ‘üryān: çılpaq gövdə
Anuŋla: onuŋla
Fəxr etmək: öўünmək
Atlas ü dîbā: ipək geyim.



صانمه سن جوی بزی بز آقیجق دریایز
خار و خسلر کتیروب کیتمده بی‌پروایز

پایمال ایتمه بزی مور کوروب ای غافل
مور ایکن مار اولورز مار ایکن اژدرهایز

ایله‌دک همّتمز جاهنه شاهانی کدا
چالینیر دبدبۀ شوکتمز دارایز

یوغ ایکن دست کفمزده‌ دورور مهر قبول
دولتی زیر قدم قیلمش ایکن بی‌پایز

بز خیالی بو کوکل عالمی‌نک کوکلرینه
دائما شوق ویرن مهر جهان‌آرایز

*
Sanma sən cūy bizi, biz aqıcaq dəryāyız!
Xār ü xəslər gətirüb gitmədə bî-pəvāyız!

Pāymāl etmə bizi, mūr görüb ey ğāfil
Mūr ikən mār oluruz, mār ikən əjdərhāyız!

Eylədik himmətimiz cāhına şāhānı gədā
Çalınır dəbdəbə-yi şövkətimiz, Dārā’yız!

Yoğ ikən dəst, kəfimizdədürür mühr-i qəbūl
Dəvləti zîr-i qədəm qılmış ikən bî-pāyız!

Biz —Xəyālî— bu göŋül ‘āləminiŋ göklərinə
Dā’imā şəvq verən mehr-i cihān-ārāyız!
__________________________________
Cūy: arx
Aqıcaq: axınca, axdığımızda
Xār ü xəs: çör-çöp
Bî-pərvā: qorxusuz
Pāymāl: tapdalama
Mūr: qarışqa
Ğāfil: aŋmaz
Mār: ilan
Əjdərhā: evrən
Şāhān: şahlar
Gədā: dilənçi
Dəbdəbə-yi şəvkət: görkəm təntənəmiz
Dārā: əski Pers şahı (aŋlamı: yiyə olan, varlıqlı)
Yoğ ikən: yoxkən
Dəst: əl
Kəf: ovuc
Kəfimizdədürür: ovcumuzdadır
Mühr-i qəbūl: qəbul damğası
Dəvlət: 1. dövlət; 2. uğur
Zîr-i qədəm qılmaq: 1. ayaq basmaq; 2. ayaq altına almaq
Bî-pā: ayaqsız
Şəvq: şövkə (ışıq)
Mehr-i cihān-ārā: dünyanı bəzəyən günəş


Xəyālî

(Öl. 1557)

SEÇMƏ BEYTLƏR: 3


صبرم آلوب فلک بکا یوز بیک جفا ویرر»
آز اولسه بر متاع ایل اکا چوق بها ویرر
دوشدم بلای عشقه خردمند عشق ایکن
«ایل شمدی بندن الدوغی پندی بکا ویرر
*
Səbrim alub fələk baŋa yüz miŋ cəfā verir
Az olsa bir mətā‘ oŋa el çoq bahā verir
Düşdüm bəlā-yı eşqə xirəd-mənd-i eşq ikən
El şimdi məndən alduğı pəndi baŋa verir!...
(Füzūlî)

Məxfî’dən ‘Şâhânə’ Bir Əkiz Qəzəl:



Əkiz söz sənəti:
Adını Ər. ‘عکس’ (tərs; yaŋsı) sözündən alan (bizcə: ək+iz) bir zəka buluşu (kəşfi) sayılan bu söz sənəti bir cümlə, dizə (misra) ya da qoşaqdakı (beyt) kəlmələriŋ, birneçə kəlmə vəya kəlmə topluluqlarınıŋ yerlərini dəўişdirərək (tərsdən/aynalı/devrik düzərək) —geŋəldə eyni aŋlamı verən və birincisiniŋ yaŋsımasından oluşan yeŋi bir dizə/yarımdizə qurmaqla—düzələn uzluqdur. Əkiz uzluğunda, cümlədə bir sözcük obiriniŋ öŋünə vəya arxasına gətirilərək cümlə/birləşmə yeŋidən qurular. ‘Əks ü tərd’ vəya ‘əks ü təbdîl’ də deyilər. Zehndə ‘cinas’la eyni etkini törədən bu uzluq (teknik), gözəl düzənləndiўi durumda sözüŋ aŋlamını gücləndirər, maraqlı bir uyum və müziкallıq sağlayar.
Əkiz sözcükləriŋ düzülüşünə görə —bütöv əkiz / əksik əkiz olmaq üzərə— iki sayaqdır:

a. Bütöv Əkiz (əks-i tām): Dizəniŋ vəya cümləniŋ aŋlamlı iki parçası, qalıb halında yer dəўişdirər; söz sırası bir öŋcəkiniŋ lap tərsi olaraq —artırma-çıxarma yapılmadan— düzənlənər. Örnək:
“Dîdəm ruxunu gözlər / gözlər ruxunu dîdəm
Qibləm alalı qaşıŋ / qaşıŋ alalı qibləm
Cənnət gibidir rûyuŋ / rûyuŋ gibidir cənnət
Âdəm doyamaz saŋa / saŋa doyamaz Âdəm”
(Nəzîm)
“Mümkin dəgil Xudâ’yı bilmək də bilməmək də
Mâtəm görünür şâdî, şâdî görünür mâtəm”
(Nəzîm)

b. Əksik Əkiz (əks-i nāqis): Cümlə vəya dizələrdə aŋlamlı sözcük topluluqlarınıŋ yerləriniŋ birsıra əkləmə və çıxarmalar törədərək dəўişdirilməsi soŋucu ortaya gələr. Örnək:
“Cihânda âdəm olan bî-ğəm olmaz
Anuŋ-çün bî-ğəm olan âdəm olmaz!”
(Nəcâtî)
“Əskidən vardım bən, şimdi hiçim bən
Şimdi bir hiçim bən, əskidən vardım”
(Lütfi Bəў)
“Hayrân oluyor qudrətinə, sün‘ünə insân
İnsân oluyor qudrətinə, sün‘ünə hayrân”
(İsmâil Safâ)
“Gəlsə dərgâhına ikrâm görürlər kürəmâ
Kürəmâ dərgəhinə gəlsə görürlər ikrâm”
(Ziyâ Paşa)

Türlü Əkiz’ (mütələvvin-i mə’kûs) deyilən bir sayaqda isə bir qoşağı (beyti) yazıldığınıŋ tərsindən oxuyaraq da başqa ölçüdə yeŋi bir qoşaq əldə edəbilərik…
***
Aşağıdakı qəzəl Həkimbaşı Əbdüləziz Əfəndi’niŋ hazırladığı bir musiqi cüngünüŋ əlyazmasından ilk olaraq köçürülüb özgün mətniylə birlikdə yayımlanmaqdadır. Məxfi’niŋ əsəri o dönəmdən bəri ‘güftə’ (mahnı sözü) olaraq işlənib bəstələnmişdir.


اوپسم سنی دوینجه دوینجه سنی اوپسم»
اوپسم دیمه‌سن اپسم اپسم دیمه‌سن اوپسم

کعبه یوزیکه عاشق عاشق یوزیکه کعبه
زمزم لبکه تشنه تشنه لبکه زمزم

دمدر صنما کل کیم کل کیم صنما دمدر
بر دم قیلالم صحبت صحبت قیلالم بر دم

اولسون غمله حاسد حاسد غمله اولسون
خرم اوله‌لم سن بن بن سن اوله‌لم خرم

مخفی قولوکم شاهم شاهم قولوکم مخفی
«عالم دوکه‌لی بیلدی بیلدی دوکه‌لی عالم
*
Öpsəm səni doyunca, doyunca səni öpsəm
Öpsəm deməsən əpsəm, əpsəm deməsən öpsəm!

Kə‘bə yüziŋə ‘āşiq, ‘āşiq yüziŋə Kə‘bə
Zəmzəm ləbiŋə təşnə, təşnə ləbiŋə Zəmzəm!

Dəmdir sənəmā gəl kim, gəl kim sənəmā dəmdir
Bir dəm qılalım söhbət, söhbət qılalım bir dəm!

Olsun ğəm-ilə hāsid, hāsid ğəm-ilə olsun
Xürrəm olalım sən-bən, bən-sən olalım xürrəm!

Məxfî qulunam şāhım, şāhım qulunam Məxfî
‘Āləm dükəli bildi, bildi dükəli ‘āləm!

____________________________
əpsəm (T. əb-səm ‘səmirsiz’): dilsiz, pəltək (Far. ‘گُنگ’)
ləb (F): dodaq
təşnə (F): susuz
dəm (F): çağ, an
sənəm (Ər): büt — sənəmâ: ey sənəm
hâsid (Ər): qısqanc
xürrəm (F): şəŋ-şaxraq, sevincli
dükəli (T): bütün, cümlə, hamı.

Qəzvinli Vâiz’dən Seçmə Qəzəllər: 1

(Əlyazmasından özgün biçimiylə ilk olaraq köçürülüb yayınlanır)


ای سهی قد کچدی ایکیدلوق خم اولماق چاقیدور
یتدی بو طومار پایانه بوکولماق چاقیدور

دوندی آغز تیش سیزلوقدن یلان سوراخنه
آغله آغله بو آقز بیرله نه کولماق چاقیدور

کیتدی قوت دیزلردن اوتراق اولماق کرک
چون بنا سستالدی دیوارونک توکولماق چاقیدور

کوجلی یاقار قاریلوق قاری اسر غم صرصری
نیجه یوز چین توشمسونک یوزقه پوزولماق چاقیدور

کس تعلق جسم خاکیدن بودور کلدی اجل
جان شیرینم بو سوزکچدن سوزولماق چاقیدور

روزکار ایلن مدارا قیل بیر ایکی کون داخی
چوق چکشمه ای بنم عمرم اوزولماق چاقیدور

عمر کچدی جان شیرینم کچنمه تلخکام
کام اوزوندن آل که بوستانک پوزولماق چاقیدور

خلق عالم ایچره واعظ چوق مکرر اولمشوز
باشه کل ای عمر باشلردن ساولماق چاقیدور

Ey səhî qəd, keçdi igidluq xəm olmaq çaqıdur
Yetdi bu tûmar pâyâna bükülmaq çaqıdur
Döndi ağız tişsizluqdan yılan sûrâxına
Ağla-ağla bu aqız birlə nə gülmaq çaqıdur
Getdi quvvət dizlərdən oturaq olmaq gərək
Çün binâ sustaldı divarung tökülmaq çaqıdur
Gücli yaqar qarıluq qarı əsər qəm sərsəri
Necə yüz çîn düşməsüng yüzqa pozulmaq çaqıdur
Kəs tə’əlluq cism-i xâkîdən budur gəldi əcəl
Cân-i şîrinim bu süzgəçdən süzülmaq çaqıdur
Rûzgar ilən müdârâ qıl bir-iki gün daxı
Çox çəkişmə ey bənüm ‘ömrüm, üzülmaq çaqıdur
‘Ömr keçdi cân-i şîrînim keçinmə təlx-kâm
Kâm üzündən al ki bostanuŋ pozulmaq çaqıdur
Xalq-ı ‘âləm içrə Vâ‘iz, çox mükərrər olmışuz
Başa gəl ey ‘ömr başlardan savulmaq çaqıdur!


______________________________
səhî qəd: düz boylu
xəm olmaq: əўilmək
çaq: çağ
tiş: diş
birlə: ilə
yaqar: yağar
qarıluq: yaşlılıq
çîn: qırışıq
sərsər: sərt yel
yüzqa: üzə
təlx-kām: ağzı acı

Köç Türküsü:



sürülük-sürgünlük


Köç târixi yazıldı aŋdacımıza,
Qurbət izi qazıldı yaddaşımıza
(Sürgün izi qazıldı sin daşımıza!)
Nələr gəldi, nələr dik başımıza!
—Qurdlar-quşlar sürgündə—
Leşcillər qonmuşdur dağ-daşımıza…
(Quzğunlar qonmuşdur dağ-daşımıza…)

.............................. Pərən-pərən, alp-ərən, bəlli olmaz sayımız;
...............................N’edəlim köç dəstanıyla başlar soyumuz!?...
...............................(N’edəlim köç boylarıyla başlar boyumuz!?...)
*
Sibirlərdə bozqırları arşınlayaraq
Yabancı, yabanlı yalquzaq gəzən qurd
Hansı dərədəysən, özgürlüўü, ulamağı unutma!
Doğanı unutma, ayı unutma!
Eli sürüləşdirən qudurmuş köpəklər
Hürsün pişik ikən özünü ‘pars’ sanaraq
Çobana yaltaqlanıb, soyumuzu danaraq
“İt hürər kərvan keçər!” (İt hürər arğış keçər!)
Əlbət bir gün yaz gələr, cəmrə düşər, qış köçər!...
......................................... “El [qışlaqdan] qayıdır obaya
......................................... Çöllər dönmüş ovaya
......................................... Qurdlar dönür yurda-yuvaya!...”

T.Ata


05.02.2007
Qadıköy

Silviya Plat: Leydi Lazarus



Aşağıda, dördüncü intihar girişimiylə yaşamdan sıyrılan ünlü Ameriкalı şâirə Silviya Plat’ıŋ (Sylvia Plath: 1932-1963) bir intihar dəŋəməsini aŋladan Leydi Lazarus şeiriniŋ Türkcəsini oxuyacaqsıŋız.
Plat’ıŋ bu şeiri, İncil’də keçən və Hz. Îsâ’nıŋ diriltdiўi kimsə olan Lazarus’a bir göndərmədir. Bu şeir, ozanecəniŋ 3. intihar girişimini aŋladır... T.A.




Lady Lazarus (3)
Sylvia Plath

(Boston 1932- Londra 1963)


Ginə yapdım, ginə yapdım iştə.
On ildə bir kərə
Bacararam bunu mən
Bir çeşid ayaqlı mö’cüzə, tənim
Bir Nazi abajuru qədər parlaq,
Sağ ayağım
Kağız üstünə ağırlıq,
Üzüm heçbir özəlliўi olmayan, çılxa
Yahudi kətəni, əŋ incəsindən.
Qaldır o örtünü
Sevgili düşmənim.
Qorxutdum mu yoxsa?
Göz və burun oyuqlarımla, otuziki dişimlə?
Susamış soluğum
Yox olar gedər bir gündə.
Lap yaxında, bəli lap yaxında
Məzar inimiŋ yediўi ətim
Ginə üstümdə olacaq evə getdiўimdə.
Bir qadın olacağam yenə, üzümdə gülümsəmə.
Otuzundayam hələ.
Pişik kimi doqquz canım var özü də.
Bunuŋla üç etdi.
Nə kifir iş bu
Silib yox etmək hər on ili belə.
Milyonlarca lif, milyonlarca.
Ağızlarında fındıq-püstə çatır-çutur, itələşib-
qaxışır qalabalıq, görmək üçün əllərimiŋ, ayaqlarımıŋ
Aşığa çıxarılışını.
Ağalar, xanımlar!
Böylə istiriptiz görmədiŋiz.
Bunlar əllərim.
Bunlar da dizlərim.
Bir dəri bir sümüўəm bəlkə,
Ama, eyni qadınam iştə, dünbələn-düz eyni.
İlk kəz olduğunda on yaşındaydım mən.
Qəzâydı.
İkincisində işi bitirməўə
Və bir daha dönməməўə elə qərarlıydım ki.
Qapatmışdım özümü,
Sallanırdım dəŋizqabığı kimi.
Səslənmək, durmadansəslənmək, bir də ayıqlamaq
Zorunda qaldılar üstümə incilər kimi yapışmış qurdları.
Ölmək,
Hərzad kimi, bir sənətdir,
Bu qonuda yoxdur üstümə.
Elə ustaca yaparam ki cəhənnəm kimi gələr.
Elə ustaca yaparam ki gerçəkmiş kimi gələr.
Bir tələbim olduğunu belə söyləyəbilərsiŋiz.
Elə qolay ki bir hücrədə belə yapabilərsiŋiz.
Elə qolay ki yaparsıŋız və qımıldamazsıŋız.
Mənim canıma oxuyan
Eyni yerə, eyni surata,
Eyni şaşqın, heyvansı
“Bu bir mö’cüzə! Mö’cüzə!”
Hayqırışlarına güpə-gündüz
Görkəmli bir dönüş yapmaq.
Bir tâvanı var
Yaralarıma baxmanıŋ, ürək döўüntülərimi
Diŋləməniŋ bir tâvanı var,
Tıxır-tıxır çalışır iştə.
Tâvanı var, özü də nə tâvanı var,
Bir sözcüўümüŋ ya da bir toxunuşumuŋ
Ya da qanımdan bir damlanıŋ
Ya da saçımıŋ bir teliniŋ, ya da bir parçasınıŋ paltarımıŋ.
Hə, iştə belə, Herr Doкtor.
İştə belə, Herr Düşmən.
Məni siz yaratdıŋız.
Mən siziŋ qiymətli əşyaŋız.
Əriyib bir çığlığa dönüşən
Som qızıldan bəbəўiŋiz.
Dönür, yanıram.
Yüksək əxlağıŋızı kiçimsəyirəm sanmayıŋ.
Qarışdırıb durduğuŋuz
Küllər, küllər
- Et, sümük yox orada başqa birzad
Bir qalıb sabın,
Bir əўrimçə,
Bir də qızıldan diş dolğusu.
Herr Taŋrı, Herr Şeytan
Aman diqqət
Aman diqqət
Mən dirilirəm, qalxıram iştə
Külləriŋ arasından qızıl saçlarımla
Və insan yeyirəm hava soluyarcasına.


_______________________________________
çılxa: xâlis
soluq: nəfəs
in: mağara, yeraltı yuva
dünbələn-düz: tıpa-tıp
dəŋizqabığı: sədəf (balıqqulağı)
ayıqlamaq: arıdlamaq
Herr [Almanca]: Bəў ..., Bay ...
som qızıl/altun: xâlis qızıl (Far. təlâ-ye nâb)
bəbək: bəbə
əўrimçə: alyans, halqa, üzük
solumaq: nəfəs almaq, tənəffüs etmək.

SEÇMƏ BEYTLƏR: 2


رخنده باده‌دن یارک که آب و تاب اولور پیدا»
درونمده بنم بر معدن سیماب اولور پیدا

خیال حلقۀ زلفکله اشکم دوشسه دریایه
«زمان حشره دک کرداب بر کرداب اولور پیدا

Ruxunda bādədən yārıŋ ki āb u tāb olur peydā
Dərūnumda bənim bir mə‘dən-i sîmāb olur peydā

Xəyāl-i halqa-yı zülfüŋlə əşkim düşsə dəryāya
Zamān-ı həşrə dək girdāb bər girdāb olur peydā

Nābî
(Urfa: 1642- İstanbul: 1712)


_______________________________
rux: üz
āb u tāb (su - isti): bət-bəŋiz (rəng-uruf)
peydā olmāq: bəlirmək, törənmək, ortaya çıxmaq
dərūn: içəri
mə‘dən: kan
sîmāb: cüvə (gümüşsu)
zülf: saç
əşk: gözyaşı
həşr: soŋ çağ
girdāb: burulğan
bər: üzərində.

Sâib’dən Çevirilər- 3

Günertə hələ yoxluq yuxusunda; oyandıq
Gecə yoxoluş qaraəsriўiykən ayıldıq

Ayağımız dəc kimi ətəўiŋ düўünündə
Səni izləmək üçün hol tək didərgin olduq

Ov üçün gəlmiş idik qutsallıq şenliўindən
Dodağıŋıŋ bənini görüb tuzaqda qaldıq

Yaz sellərindən bilə daha evyıxan idik
Dəmir ləngər saldı us, biz evsaxlayan olduq

Şehiŋ gözü ilkyazıŋ bal yuxusuna girməz
Boşyerə oyaq köŋlüŋ nağılına qurulduq

Soraqsızlıq evrəni necə yaman Uçmaq’mış
Yazıq, yüz yazıq bizlər necə gec soraq aldıq!

Sâib bizim dilənçi qabından ışıq daşar
Elə ki Şah Qasım’ıŋ* qapısına qul olduq!

Türkcəsi: Toğrul Ata
_________________
** Şah Qasım Ənvar
günertə: sübh
yoxluq: ‘عدم’
yoxoluş: fənā
qaraəsrik: ‘سیه مست’
dəc: nöqtə
hol: ‘پرگار’
didərgin: ‘سرگشته’
us: ağıl ‘خرد’
qutsallıq şenliўi: ‘معمورۀ قدس’
bən: xal
soraqsızlıq: ‘بی‌خبری’
yazıq: ‘حیف’.

Sâib’dən Çevirilər- 2


Çılğınlıqdan bu özgə evrəni itirmişəm!
Göўgəzərəm də eviŋ yerini itirmişəm!

Nə mən özümdən nə də kimsə məndən soraqlı
Köŋül məni, mən də o dəlini itirmişəm!

Taxtı, tacı əlindən uduzmuş Süleyman tək
Haçandır əsriklikdən şüşəni itirmişəm!

Mən soŋsuzdan varlığıŋ başlanğıcını sorma!
Daş yuxudan nağılıŋ başını itirmişəm!


Uşaq eviŋ yolunu itirincə ağlayar
Necə ağlamayım mən; yiyəsin itirmişəm!?

Əŋ yeўi —hara getsə— köŋül dalınca olum
İndi ki —Sâib— Kə’bə, boddamın itirmişəm!?

Türkcəsi: Toğrul Ata
_________________
evrən: ‘عالم’
çılğınlıq: ‘جنون’
əsriklik: ‘مستی’

yiyə: ev yiyəsi
boddamı: ‘بتخانه’.

SEÇMƏ BEYTLƏR: 1

(özgün yazımı, çevriyazısı, açıqlama)


هر کورن عیب ایتدی آب دیدۀ کریانمی»
ایلدم تحقیق کورمش کمسه یوق جانانمی

چوق چقرمه کوکلره فریادم ای کافر صقین
«اینجنور ناکه مسیحا ایشیدوب افغانمی

Hər görən ‘eyb etdi āb-ı dîdə-yi giryānımı
Eylədim təhqîq görmiş kimsə yoq cānānımı

Çoq çıqarma göklərə fəryādım ey kāfir, saqın
İncinür nā-gəh Məsîhā eşidüb əfğānımı!

(Füzūlî)

__________________________
āb: su
dîdə: göz
giryān: ağlar
təhqîq: araşdırma
saqın: saxın! (həzər qıl!)
incinür: incinir (narahat olur)
əfğan: inləyiş.

Nədim’dən Bir Qəzəl

(Özgün əlyazmasından köçürməlik)


عشقه دوشدی جان و دل مفت جوانان اولدی هب»
صبر و طافت مصرف چاک کریبان اولدی هب

اچمش اولدم سینه‌سن بر کرّه آرام سکون
سینه‌ ده بیلمم نه حالتدر کریزان اولدی هب

خالی کافر زلفی کافر چشمی کافر الامان
سربسر اقلیم حسنک کافرستان اولدی هب

کردنندن سینه‌سندن بوسه‌لر ایتمشدی وعد
جمله‌سندن نیلیم کافر پشیمان اولدی هب

بر نزاکتله آچوب فس کوشه‌سندن پرچمن
شویله کوسترمشکه کیم کوردیسه حیران اولدی هب

شیوۀ رفتاری همشیرکمی اوکرتدی سکا
هر سوزک شیرین زبانم جانمه جان اولدی هب

"سن دیمش‌سنکم کیمک دردیله کریاندر "ندیم
«هب مروّتسز سنک دردکله کریان اولدی هب

***

Eşqə düşdi cān u dil müft-i cəvānān oldı həp
Səbr ü tāqət məsrəf-i çāk-i girîbān oldı həp

Açmış oldım sînəsin bir kərrə ārām-ı sükūn
Sînə də —bilməm nə hālətdir— girîzān oldı həp

Xālı kāfir, zülfü kāfir, çəşmi kāfir, əl-amān
Sər-bə-bər iqlîm-i hüsnüŋ kāfiristān oldı həp

Gərdənindən, sînəsindən būsələr etmişdi və‘d
Cümləsindən —neyləyim— kāfir pəşîmān oldı həp

Bir nəzākətlə açub fəs gūşəsindən pərçəmin
Şöylə göstərmiş ki kim gördiysə heyrān oldı həp

Şîvə-yi rəftārı həmşîriŋ mi öўrətdi saŋa
Hər sözüŋ —şîrin-zəbānım— cānıma cān oldı həp

Sən demişsin kim kimiŋ dərdiylə giryāndır Nədîm
Həp —mürüvvətsiz— səniŋ dərdiŋlə giryān oldı, həp!


Nədîm
(İstanbul: 1681-1730)


___________________________________________________
müft: bələş (dəўməz)
həp: həmişə
cəvānān: gənclər
səbr: dözüm
tāqət: dayanat
çāk: yırtmac
girîbān: yaxa
kərrə: dönə, kəz
ārām: dinc
sükūn: durğunluq, dinclik
sînə: köks, bağır
girîzān: qaçaq
zülf: saç
çəşm: göz
sərbəsər: başdan-başa
gərdən: boyun
būsə: öpüş
fəs: bir tür Osmanlı börkü
gūşə: bucaq
pərçəm (T): saç saçağı
şîvə-yi rəftār: davranacaq, davranışıq (davranışış biçimi)
həmşîr: süddaş (süd qarındaşı: ayrı anadan doğulub bir anadan süd içənlər)
şîrin-zəbān: şirindilli
giryān: ağlar
mürüvvətsiz: ərliksiz.

İnqiraz...


Only after the Last Tree has been cut down,
Only after the Last River has been poisoned,
Only after the Last Fish has been caught,
Only then will you find that Money Cannot be Eaten.
Cree Indian Prophecy

*

Ancaq Soŋ Ağac kəsilmiş olduğundan soŋra,
Ancaq Soŋ İrmaq ağulanmış olduğundan soŋra,
Ancaq Soŋ Balıq ovlanmış olduğundan soŋra,
Ancaq onda Paranıŋ Yeyiləsi Olmadığını bulacaqsıŋız!

Qızıldərili Bilgəliўi

Sâib’dən Çevirilər- 1


Sâib Təbrizli (1592/99-1670/76)


BİRDİR…
Xızır suyu, gecəlik çaxır birdir!
Əsrikliklə ölümsüz ömür birdir!
*
Yeўləriŋ gözü köŋlümüz üstədir
Yüz oxçu üçün tuşluq budur, birdir!
*
O yuxulu gözləriniŋ öŋündə
Âşiqiŋ iniltisi, nağıl birdir!
*
Din-küfür pilləsi tərəzi kimi
İki görünər gözü, dili birdir!
*
Miŋ isə də bu bağçanıŋ bülbülü
Hamısınıŋ mahnısı, ‘ir’i birdir!
*
Sınıq qanadlı quş yanında —Sâib—
Qəfəs, bağ, yuva da həryeri birdir!

T.ATA

əsriklik: 'مستی'
tuşluq: nişan (taxtası).
ir: lirik şeir.

Güneyli Şairə: SABAHAT TƏBRİZÇİ

(Sabahat Tabriztchi)












*

“Kağıtla, kalemle geçti günlerim,
Yazdıkça bağrımın ateşini söndürürüm.
Bu serseri bahtımdan, yüz çevirmişim.
Baş taşım defter olsun,
Alnımın yazısını yazan kalemim de
Tabutumun ağacından olsun!...”



Keçənlərdə Türkiyə’niŋ ünlü —özəlliklə Türkbilim alaŋındakı yayınlarıyla bilinən— Sîmurğ yayınlarından Sabahat Tabriztchi’niŋ (S. Təbrizçi) Türkiyə Türkcəsində “Xoşluq-Boşluq” deyə həcmli bir şeir kitabı yayınlandı (Hoşluk ve Boşluk, S. Tabriztchi, 1. basqı, Dimurg yayınları, İstanbul: 2003; 373 s.).
Soyadından da bəlli olduğu kimi Sabahat xanım Təbrizçi Güney Azərbaycan’ıŋ mərkəzi Təbriz’dəndir. Bunuŋla birlikdə o İstanbul’da doğulub uşaqlıq və gəncliўiniŋ öŋəmli bir qismini Osmanlı dönəminiŋ soŋ illəri və Türkiyə Cumhuriyəti’niŋ erkən döŋəmində keçirmişdir. Atası İstanbul’da tanınmış xalça tâcirləindən biri idi. Şâirə Fıransız Jeanne d’Arc Lisey’ində oxumuşdur. Daha soŋra uzun illərini İran’da keçirmiş və indilikdə uşaqları və torunlarınıŋ çoxunluqla yerləşdiўi Ameriкa’nıŋ California Əyâləti’ndə bulunmaqdadır.
Sabahat Təbrizçi Türkcə, Farsca, Fıransızca və İŋilizcə bilməkdədir. Öz ifâdəsi ilə “… Həyatım bir tufan olaraq keçdi, içimiŋ qorxusu məni titrədərək keçdi” deyir. Xoşluq-Boşluq’dakı şeirlər bu sözləri yaŋsıtmaqdadır.
***

Azerbaycanlı dostlar…
Azerbaycan, hepimize emânet olsun!
Azerbaycan’a habersiz koyulan nizâm
lânet olsun!...
” (s. 33)
Bu dizələrlə şair kimliўinə bağlılığını göstərir və ardından baxıŋ yurd sevgisini necə ifadə edir:
“Âzərbaycan’lıyan men!
Vatan yurdunda namlıyam men!
Âzerbaycan’a yan bakanın,
Önünde durmalıyam men!
Âzerbaycan diyirem, ona can
fedâ ederem,
Âzerbaycan vatanın gülüdür,
Bugün her yerde Âzerbaycan’ın sözüdür!...
***
Âzerbaycan!... Âzerbaycan!... Âzerbaycan!...
Taşına toprağına kurban olsun bu can!...” (Hoşluk ve Boşluk, s. 38)
Devamında isə:
“Ben memleketimi severdim…
Ama orada yaşamak çok zordu…
Hiç kimse birbirini anlamadı!
Herkes kendi fikrini ileri sürdü!
Anlamayan, anlayanı ezdi!
Bana sorsalar;
“Memleketin için neyin var?”
Fakat onun için çırpınan kalbim,
Ölsem de onu çıkarın!
Memleketimin toprağında fakat,
kalbimi kuyulayın!...” (s. 39)
Şairə eyni sevgini və ulusal duyarlılığı bir menifest kimi Allah şeirində (s. 40) də yenələyir…
Eləcə də:
Beni Musa gibi Nil nehrine atsalar,
Yusuf gibi pazarlarda satsalar,
Meşrutiyet kahramanı Hökmovar’lı Yusuf gibi,
Her parçamı dervâzelerden assalar,
Zamanlar geçse, zulmün çnünde boyun eğmem.
Ben Azerbaycan diyârındanım,
Hökmovar’dır baba yurdum,
Meşrutiyeti ben orda buldum,
Her vakit kahramanlarla doludur, Azerbaycan’ım
Anarım seni her vuruşunda, çünkü kalbimdedir senin adın.
Var olsun, yaşasın Azerbaycan’ım!...
” (s. 162)
Buŋa qarşılıq:
“Memleketim İran’mış,
Orada geçirdiğim hayat yalanmış,
Hele dikkatle bakınca ben,
Eşim bile yılanmış…” (s. 59)
eləcə də,
“Şehrim benim İran’dır,
Yüreğim bir parça kandır,
O şehirde olanlar,
Benim için yılandır,
Benim için haramdır…” (s. 69)
habelə,
“Taşında toprağında kıyamet,
Acaba göze mi geldi,
İran adlı memleket!...” (s. 275)
deyə yaxınar.
İnancı sağlam bir qadın aolan Təbrizçi’niŋ poeziyasında sərbəst şeir qalıbında eltörə (folklor) ilməkləri, el kültürü naxışları yer-yer gözə çarpar. Yer-yer Azerbaycan Türkcəsiniŋ yerli özəlliklərini də şeirinə qataraq özünəməxsus bir hava yaradar,
Şairə eyni zamanda sanki hayatınıŋ gerçəkliўini bir-birindən qopuq kimi görünən bu şeir-roman qalıbıyla aŋladar…
“Beni niçin yarattın?
Dünyayı da benim için yarattın!
Ama asıl mesele,
Her yerde kendini arattın!...” (s. 92)
Təbrizçi’niŋ birçox şeirində kökündən, torpağından qoparılmış bir bitki kimi necə yad iqlimlərə uyum sağlamaqdakı çətinliўi, kimlik arayışı, nisgil və özləm Azərbaycan yazınına özgü əŋ çılpaq şəkliylə özünü göstərməkdədir…
“Azat geldik bu dünyaya,
Azat dönmedik bu dünyadan,
Herşeye can verdi toprak,
Seni bağrına basarak,
Kurtlara yem verdi toprak,
Bu esrârı çözemedik,
Nerdedn geldik, nereye gidiyoruz?
Onu da bilemedik…” (s. 273)
***

Toğrul Atabay
Qadıköy, 07.08

TÜRKCƏ HAİ-KAİLƏR










*
Dəŋiz, bir ana;
Doğmamış boğar
Düşüўü də tapılmaz…


***

Doğa gəlini,
Səni qısırlaşdıran
Hansı anasız?!

***

Başlanğıcda su vardı;
Əriyir buz dağları:
Soŋ Çağ bu (qiyâmət)!

***

Bir ulus doğur;
Sancısı yükü
(Əbəyə deўil) gəbəyə düşər!

***

Döşləri çürümüş dağ
Nə ceyran bəslər (qoynunda)
Nə kəklik, nə av…

***

Qalabalıqlaşan bir “Yer”
Böyüdükcə ər
Taŋrı kiçilər…

***

Çan, baŋ, azan
Budur beyniŋi
Taŋrı’dan yayındıran!...

***

Adı: Güvənlik gücü
Görüncə üzünü
Güvənsiz duyarsan (özünü)!

***

Dəŋiz gəlini
Göў yolçuluğa
Ver dalğaya əlini…

***

Artıq asid yağışla
Qısır torpaqdan
Şüşə göўərir…

***

Hamı donmuşdur:
Bir serçə, bir dal
Daş üstündə bir qartal…

***

Bozqır qarnında sancı
Köçdən qayıdır
Qurdlar sürüsü…

***

Qanovuz çadrasında
Günəş doğuzur
Göўüŋ oğlunu…

***

Ay çörəklənmiş (göў təndirində)
Birazdan Şaman
Oyandırar Doğa’nı…

***

Ay’ıŋ üzü qızarıb
Yerdəkiləriŋ
Üzsüzlüўündən!

***

Şəhəriŋ bütün saatları
irəli-geri
Quşlara sormaq gərək zamanı…

***

T. Ata

qoyun olmuşuq!

qoyun olmşuq
inanmırsan mı?
qurbanlıq ətimiz paylanır qapı-qapı
şəŋlikdə kəsilirik
yasda kəsilirik
Ərəb asqırır başımız kəsilir
Əcəm öskürür dilimiz…

qoyunlaşmışıq,
qurdluq artıq utandırcı
mədənî, həmil, başıaşağı
dilsiz, quzu-quzu dinc yurddaşlar!
sürüləşmişk…

ətimiz yadıŋ
südümüz tatıŋ
tümümüz itiŋ, sürümüz tatıŋ!
südüўümüz artıq bizə yetər!...
soyumuzu düzəldəcəўmiş ağalar…

ətiacılıq edəbilərəm ancaq;
ətimə yerikləyən
öўey ananıŋ ağzında!...

qoyun olmuşuq
inanmırsan mı?
mələsək, ətimiz yeyilər…

Toğrul Ata
10.11.2007
bəўoğlu

KÖLGƏSİNDƏN QAÇAN ADAM

Toğrul ATABAY
(Yurdsuzluq, öykü toplusu II)


Şıdırğı yağış dəftər-dəstəўini yığışdırmağa məcbur etdi. Çizgili kağızlarını, istamp və qələm-dəftərini zipli gön çantasına toparlayıb qatlanan tənəkə masasını xiyavanıŋ qırağındakı qocaman ağaca dayadı. Qovluq çantasından kiçik 57 cığarasını çıxardıb alışdırdı. Yanıqlı-yanıqlı, ovurtlarıyla somurub, qoŋurlaşmış seyrək qaban dişləriniŋ arasından, tüstüdən saralan dən düşmüş dolu bığlarınıŋ altından müşk qoxan havaya ötürdü.

― Qarğış olsun! Cığara paramızı belə qazanmadan süftəmizi korladı.

“Dâdgâh-i İnqilab”ıŋ qarşısı ıssızlaşmışdı. Bugün bundan artıq gündəlik umanmayacağını sezərəkdən yağmuruŋ diŋməsini gözləməўə qoyuldu. Sarsaqca bir şəŋlik sızdı içinə. Əŋ çox sevdiўi və piyesini yazmaqda olduğu el mahnısı –Qaçaq Nəbi– içində çalınmağa başladı. Sağanaq yağış damlalarınıŋ ötüşməsi də qatıldı bu mahnıya:

“Bozat səni sərtövləyə bağlaram

And içirəm, səni məxməl çullaram, ay Bozat, çullaram!

Bozat məni bu da’vadan qurtarsan,

Qızıldan, gümüşdən səni nallaram, ay Bozat, nallaram!

Qoy məŋə desinlər ay nadan Nəbi;

Divanı yerindən oynadan Nəbi!...”

Yağmur şapbadan gürləşdiўi kimi aŋsızın da seyrəldi. Lap kəsilməsini gözləmədən çisək altında yola düşdü. Ucuzlu culuz (nimdaş) pencəўi, bez şalvarı içində biraz üşüdü. Otuzbeş iliŋ çaxraq ködə torpaq kimi olan erkən qırışlarını islatdı yağış. Hər zaman çiskin altında yeriməўi sevərdi. Doğa’nıŋ məhzunluğuyla ortaqlaşır, özdəşləşirdi. Köŋlünüŋ dumanını, beyniniŋ tozunu yuyub götürürdü yağış.

― Ooh! Nə cici bir hava!

Hərzamankı uğrağı olan gələnəksəl quytu (xəlvət) qəfəniŋ öŋünə çatmışdı. İçəri girincə çay qoxusuyla qarışmış meyvə tənbəkili nargilələriŋ ətrindən əsrədi. Buranı uğraq edinən bə’zi tanıdıqlarıyla dilucu əsənləşdi. Öŋünə incəbelli bardaq qoyulurkən bir təkalmalı nargilə istətmə tapşırığını dilə gətirmək istəўi ağzında qurudu. Cəketiniŋ cibindəki qəpik-quruşa əliylə dəўindi. Yağmuruŋ nəşəsi içindən silinmişdi indi. Həməşəki buŋaltı içinə qapandı. Horultuyla içdi çayını. Və yenə yaxdı incəcik 57’sini. Somurdu dostaqlarıŋ nəmi ilə xışıldayan ciўərlərinə.

İrəlidə oturan hamaşlar yenə Dəli İsman’ı lağa qoumuşdular. Bir zaman İsmayıl’ıdı adı. Siyasətiŋ dişli təkərləri arasında xıncıldı. Solçuymuş. Nədir-nədir qəfədə məmləkət gedişətindən xoşlanmadığını dilə gətirmiş, ajitasyon aparmışdı. Bir şırınqanıŋ etkisiylə ağıl dəŋgəsini itirmişdi, daldada deyilənlərə görə...

Adamcağızı səkkiz il öŋcə yıxılan Sovyetlər Birliўi’ni hələ də vardır kimi tə’rifləməsinə dürtükləyirdilər. Onuŋ acıqlanacağını bildikləri üçün çox baş-başa qoymurdular hələ...

Ginə özünü çıxmazıŋ soŋuna çatmış, Mavəzər’iniŋ gülləsi bitmiş durumda buldu. “Qarımış bir anadan başqa nəyiŋ var? Nə edindiŋ bu otuzbeşdə?” Yaŋıdsız soruydu qarşısında. Siyasətiŋ ağır çəkmələri altında əzilib yerə yapışdığını duyumsadı yenə. Ana-bacı tanımayan bu oyunda uduzdu da hər nəmənəsini itirdi bu can qumarında: sevgi, gənclik, ailə, babalıq şansı, diŋgin bir yaşam, var-dövlət, gələcək... Demək hər nəsini...

― “Ax, yeniyetməlik çılğınlığı, dəli daylar kimi âsîlik günləri! Hər eyəlmiŋ, yeŋi olayıŋ, boğuşmanıŋ ardından yüўürüşmələr. Çirkin –bəlkə də yenilgi qonumunda olduğuŋdan dolayı– xoyrat bir çaba. Solçuluq, örgütçülük, partiyaçılıq, səmpatlıq, kadroluq, panкart daşıma, göstəri, eyləm, isyan, bildiri, anarxizm, faşoluq, qarğaşa, qovğa,.. Və soŋunda otuzbeş yaşında ikən əllisində görünən, düzəndən artaqalan bu tortu! O zamanlar öŋ’görmüşdüŋ mü bu günləri? Hər zamankı kimi yozlaşan bir devrim soŋucu öldürülənlər, asılanlar, qurşuna düzülənlər, bir anıŋ acısıyla acı bir aŋı (xâtirə) buraxaraq qurtulub getdilər. Başaranlar qaçdılar. Qalanlar dayandılar; yandılar... Xırtlağıŋa dək gömüldüўüŋ bu bataqda qalıb da yaşamaq, ömür boyu bir abluкada, qıyımda, qısnamada yaşamaq –köpək dirliўi sürmək– artıq uzun sürəli bir can çəkişmədir... Bu da diri qalmanıŋ bədəli! Gedənlər şərəfli getdi; qalanlar isə rəzâlətlə, alçaltmalarla, aşağılanmalarla baş-başa qaldı. Bəlkə də doğruçu olanlar, bu ülküyə gerçəkdən inanmış olanlar elə gedənlər idi. Nə bilim; bəlkə də ‘satqın’lığıŋ bədəli bu...”

İrkildi. Bu qonudan qaçınmaq istəsə də yazdığı səhifələrcə e’tiraflar gəldi gözünüŋ qabağına. “Ama bunuŋ adı ‘satqınlıq’ olanmaz! Zâtən bunsuz da olacaqlar olacaqmış. Bir’taxım yanıq bilgidən nə çıxar ki? Həm də Örgüt özü bu ‘yetki’ni vermişdi...” Acaq özünü suçlayıb yarğılamaqdan qurtulub bir türlü özünü ağlaşdırabilmirdi heç bir zaman. Qəhrəman ilə qarşı’qəhrəman arasında gedib gəlirdi. Duyuncunu tapdalayırdı tapdalayırdı acımasızca, bəlləўindəki aŋılar. Asılanlarıŋ, sürülənləriŋ ləkəri gözü öŋündə: Jandark’lar, Danton’lar, Robespiyer’lər, Sanderz’lər, Si-Ya-U’lar, Çe Quvara’lar... Həftədə bir dönə ‘əməkdaşlıq’ dolayısıyla “ora”ya gedib birzadlar qafadan atmaq məcburiyyətiniŋ acısını da dadımsadı... Ancaq ‘təvvab’lar qədər üzüqara deўildi əŋ azından...

― Dirilik haqqı nə bahaymış, nə baha!

İndiniŋ indisi də anası onu qoltuğunda kitabla görürsə çıldırar, “Yenə o qıldıqsızlarla, ‘kitabsız’larla mı düşüb qalxdıŋ? Bunca bədbəxtlik bəs deўil mi?” deyə keçmişindəki qorxunc, qara günlərdən hürkdüўünü açığa vurardı...

― Nəysə, boş’ver artıq! Qapadağın bu qonunu! Düşünüləsi daha dadlı birzad yox mu?...

İlk –və qavar da biricik– sevgisi də o illərdə pöhrələndi. O da ama siyasət buruqlarında azdı. Bir silahdaş, bir fikirdaş ‘yoldaş’!... Bilimyurdu illərində taxma adı Barış’ıdı o zaman; onunkuysa Saray... Boğulmadı ama Araz’da. Yad biriniŋ həyat ‘yoldaş’ıdır indi. Unudulmadı ama. Hələm ki dip-diri, ding cisminiŋ bütün hücrələriylə duyumsayır. Bütün gənclik duyu və duyğularıyla... Bəlkə də mutludur indi. İllər soŋra Təbriz Terminalı’nda eşiylə qol-qola gördüўündə ayaqlarınıŋ titrəyişi, devrilən bir ağac kimi səndələyişi o an, silinməz əŋ soŋ görüntüydü bəlləўində.

İştə o gedəli hərzad bitdi. Bəlkə də hərzad bitdi-bitəli getdi.

Bir irin çiban kimiydi; düşündükcə deşilirdi. Kim idi qolundakı o yad kimsə? İştə, Devrim’iŋ arıtma (təsfiyə) və ödəşmə (təsviyə) illərində bilimyurdundan atılmasınıŋ bâisi olan xoca! Təbriz Texnik Bilimyurdu’nda Dəmirtökmə Bölümü’nüŋ soŋ sinifində, nədəni bilinməyən bir biçimdə bilimyurdundan atılmasınıŋ sorumlusu oydu quşqusuz. Bundan acınırdı, daha çox.

― Boş’ver! Orospu! Bu da bir tavan! Yağ gələr yağ üstə... Buŋa da dayanar ürək. Bu gön çoox qalındır...

Deyərkən içini bir ilan çaldı.

― Ax bu ürək sancısı! Əməllikdən də keçdi artıq.

Evləriniŋ yanında mətəbbi olan doкtor gəldi ağlına. Oŋa da boş’verdi. Həddən artıq kübarı və ərköyün idi. Telefonla mazaqlaşmaqdan yorulmuşdu, o ürkək, qırpınan ama ərsək qadınla… Doğrudan da sevirdi mi onu?!...

Çay pulunu ödəmədən çıxdı.

― Bayram dayı, yaz hesabıma; xırdam yox.

Yağış bütünüylə kəsilmişdi. Ağaclar, damlar, qaldırımlar sırıl-sıxlam idi. Arı hava içini dirçəltdi. Sarı Gəlin’i çaldırdı beynində. Alçaqdan mırıldandı hətta…

Durub bir qutu papırız aldı.

― Gedib Şəhriyar’dan biraz para borc alsana! Yox ama, hələ bayat borclarını ödəyənmədik. Onda da üzümüz qalmadı. Yoxsa yenə ‘yoldaş’ Rəhim’ə mi üz salağın, ya da o gedə bacım ərinə mi?... Ama anama dünən verdiўim puldan arta’qalan olabilər həlbət… Tu! Dəmirtökmə mühəndisi! Bir tikə çörəўiŋ möhtacı. Hərzadı yağmalanmış, qurumu belə tapdalanmış sıradan bir diləkçə (ərîzə) yazan!...

Yıxmağa çalışdılar onu… Bütün yolları qapatdılar üzünə; ancaq, əkməўini çıxartmağı başardı yenə, qələmlə, xiyavanıŋ qırağında…

Yeməўə göўlü yoxudu. Qərâətxana’ya getməўə qərar verdi. Piyesiŋ soŋ pərdəsini yazacaqdı.

― Yaşar Kamal da, Səməd Behrəngi də ərzəyazanmış bir sürə!– deyə düşündü…

Bu çağsama nisgilindən necə qurtulabiləcəўini düşündü.

― Haydi, gedəўin bu cında şəhərdən. Bu şəhər çıldırdır məni.

Bəlkə qaçmalıymış kifir, kifsəmiş aŋılarıŋ cin kimi yuva saldığı bu yerlərdən. “Handasa zâtən hər yerə getsən göўüŋ rəngi birdir… Solçuluğu buraxdıq. Qızıl İmperiya çökdü-çökəli O taya getdiŋ. Haçandan bəri qızıllarıŋ dinlətdiўi yalanları qavramış, nəfrət yağdırmışdıq və Milli Qurtuluş Hərəkəti’nə qoşulmuşduq. Milliyətçi o dostuŋ evində qonaq qaldıŋ. Orada gəŋəşmən (müşâvir) dərəcsində yeŋi yönədicilərlə paylaşdıŋ görgüləriŋi. Nə oldu soŋu? Bu kəz də utuzduŋ. Qara yaxmalar soŋucu Bəў’iŋ türməsinə düşdüŋ. Pinti-pasaqlı bir qılıqda, alızlanmış kökdə qayıtdıŋ. Yük daşıyan o кamyonçunuŋ ürəўi yanıb gətirməsəydi, maşın kiraŋ belə yoxudu.” Ancaq bir kəz daha qayıtdı oraya, azacıq bir parayla. Bu səfər Özgürlükçülər çökmüşdü. Onbeş gün ac qaldı. Su ilə yaşadı. Cığara kötüўü çəkdi. Və dönər-dönməz Türkiyə’yə doğru yollandı. Qıbrıs’a, Bolğarıstan’a getdi və qayıdınca İstanbul’da çaşıdlıq (câsusluq) suçlamasıyla tutuqlandı. Qurtulunca ölkəyə geri döndü. Və orada da sorğulanıb çıxışyasaq oldu, yenə ‘câsus’ deyə!... Hər zaman UN’ə sığınıb mültəci olaraq ABD’yə vəya Qıbrıs kimi dinc bir yerə gedib də hərzaddan uzaqlaşmağı arzulayardı. Nədən olmasın? İndi də gerçəkləşəbilər bu! Basdıracağı kitablarıŋ satışından əldə edəcəўi qazancla bu pılanı gerçəkləşdirəbilərdi. Uzman desən də əlində uzluğu, peşəsi… Nəşələndi bu düşüncədən. İsticək diŋiz (ârâm) dəŋiziŋ qıyısında günəşlənmək… Dinc, ağlaq (rahat) bir külbədə oturub aŋılarını yazacaq. Əməkli olmuş bir devrimçi, gerillaçı militan kimi… Eygilik (âsûdəlik), arxayınlıq gölünə cumacaqdı. Yaralarını qaplıca suyunda sağaldan bir canavar kimi günəşə sərilib sahiliŋ qumlarına quylanmaq… Ayınmaq (dinlənmək)…

İndi, xızı tükənmiş, bitkin, afarsız, yorğun, didərgin, dincəksiz (hövsələsiz), yaralıydı.

― Devrimi bəkləmədən getməli. Soŋ verməil bu rəzil, təkdüzə dirliўə. Mücadilə belə bitmiş. Yeŋi döўüşən çoyğa (nəsl) bizi düşünmür, aŋlamır. Soŋ olaylarda isə aydın-aşqad qıvız, qılyazdı (xəbərçi), qılovşa deyə damğalamamışdılar mı? Yenə ‘təsfiyə’ illəri kimi, ayaqlı bomba tək, yoluxan alızlıq daşıyıcısı kimi baxılır adama. Keçmişdən dolayı hamı eymənib çəkinir səndən. Qəfəyə belə girgəc siyasi söz-söhbət kəsilir…

●●●

Piyesiniŋ soŋ səhnəsini bitirdi. Düzgüsü bitən şeir toplusunda düzəltmələr apardı. Fotokopiylə olmalıysa da bunları yayımlayacağam deyə düşündü. Basqı iznini almışdı soŋunda, bütün sıxı dəŋətləmələrə qarşılıq.

Yenə getməўə düşürkən bir pitik məktub yazmaq tutqusuna qapıldı.

― Bir ərîzə, bir diləkçə də özümüzə yazağın, nə olar!

İndi getmək üzərəykən artıq bu cəsarətə yiyələnmişdi.

‘O’na səslənən soŋ vidâ sözlərini tökdü kağıza. Özü də əriniŋ aŋlayanmayacağı bir yazı və dildə. Əŋ soŋ ‘e’tiraf’ yazısı olacaq bu! Əŋ soŋ körpünü yıxmaq olacaqdı. Hərzadı aŋlatmalı. Həm də soyuqqanlılıqla. Bu közləriŋ üzərindəki külləri sovurmadan…

Nə qədər çətinsə də yazdı və soŋunda altına bir ad yazaraq qol çəkdi: Barış!

Tamam. Dədədən qalma böyük həyətiŋ bir dangını bacısı ərinə satar Tehran’da iş qurmaq istədiўi bahanasıyla. Borclarını ödəyəcək, bəlkə kitabcıqlarını da basdırıb yayımlayacaq və soŋra… ‘Ama anam? Sıxıntıdan dığlar yəqin. Ancaq onu bacılarımıŋ biri də saxlayabilər’…

― Getməli! Mütləqâ getməli. Bir daha qayıtmamaq üzərə.

Keçmişindən qaçan adam! Kölgəsindən qımılan adam kimi!...

Qaraŋlığıŋ çoxdan çökdüўünü sezdi mi ayağa qalxdı.

― Anamıŋ gözü qapıda, məni gözləməkdə indi. Qayğısından öləcək qarıcığaz! Hələ də məŋə uşaq gözüylə baxır arvad!

Nə qədər də qorxurdu ondan, bu yaşında, qos-qoca bir kişi olmasına baxmayaraq!

Alayı bir qayğı daha damdı içinə: ya çıxışyasaq olmuş isəm, necə?!

Cığarasınıŋ közü qaraŋlıqda ışarırdı. Yeŋi qərarından sevincək idi. Bir çıxış yolu, yeŋi bir dönəmiŋ başlanğıcı olacaq bir dönüş nöqtəsi olabilər bu addım. Bir işi yeŋibaşdan başlamaq, yarımçıq bir işi bitirməkdən, pozuq bir işi oŋarmaqdan daha qolaydır, kəsin.

Nədən –bilmədi– bu kəz rəhmətlik Barış Manço’nuŋ soŋ şərqisi çalındı içində:

‘… Ben nasıl unuturum seni,

can bedenden çıkmayınca?...’

Issız yolaqlarda tutdurdu bu mahnını. Yeŋi doğulmuş bəbək kimi hissedirdi özünü.

Və gecəniŋ ortasında sürünürkən, kölgəsi getdikcə uzanır, uzanırdı ardında…



«… bu yolda dönənlər oldu

mum kimi sönənlar oldu

yar köўsünə baş qoymadan

vurulub düşənlər oldu



bir sən qaldıŋ geridə

ah, artıq gediri hayat

ürəўim aŋlayır səni

artıq susma! yorğun demoкrat!...»



Cəbəçi, Anкara
Mart 2001

MANQURD*






I

Ormanlar, dağlar, bozqırlar qəfəsə salınmış Ala Qurd’dan uzaqlaşdılar. Xırçın heyvan zincirlə bağlı ikən qəfəsdə qıvrılaraq vurnuxurdu. Yorulduğunda öfkə ilə, demir çubuqlarıŋ çevrəsini alan tutsaqçı kişilərə baxınırdı. Onlarıŋ gözü maraqla, qorxmaqsızın qıvraq, iri gövdəli ala qurda tikilmişdi.

Kişilərdən biri, cır və buyurucu səslə danışırdı:

― «Siz mənim peşəmi –vəhşi heyvanları həmilləşdirməўi– doğurdan öўrənmək istəyirsiŋizsə, “Ac qarnıŋ inamı omaz!” ilkəsini unutmamalısıŋız. Düşməniŋiziŋ qarnı siziŋ çörək yoluŋuzdur. Hər türlü ötkəmliўi ovmaq, hər inadı sındırmaq üçün əŋ kəsə yol!... Bu ala qurda baxıŋ: şişəўən bir yırtıcı canavardır. Özgürlüўünə güvənir; yürüş gücünə öўünür. Sakı, çox sürmədən dəўişib yumşacıq bir bəbə kimi uysallaşacaqdır!”

O –Aryan Bəў– dişlərini qıcırdıb loğaz üçün qurddan:

― «Görəsən sevgili qonağımız nə kefdə?!» deyə sordu.

Eləbil onuŋ dilini bilir; heyvan da onuŋ dilini aŋlayırdı. Ala Qurd xırıldayıb dar qəfəsdə, zinciriniŋ uzandığı qədər oyan-buyana vurnuxdu. Hürkünc, qorxunc səslər ilə qıvancsızlığını bildirdi. İki ayağı üstə qalxır, az qalırdı məftillər ardından izləyiciləri parçalasın... Bir sürə yad hərifləri hədələdikdən soŋra ağzı köpüklənərək susdu.

― «Bu o deməkdir ki: “Mənim yemək vaxtım çatıb; birzadlar gətiriŋ!” Ancaq o, bizim tutsağımız olduğunu, burada mənim təkcə əmredici olduğumu bilməlidir!»

Ala Qurd, dişiniŋ dibindən acıqlı-acıqlı qığıldadı.

― «İndi isə, “Qurdalar kimsədən fərman dinləməz!” deyir. Sən artıq qurd deўilsən:» –dedi Bay Aryan,– «Qəfəsə qatılınca, artıq buyruq qulu bir nökərsən! Mənim istədiўimi eyləməlisən. Aŋladıŋ mı?»

Qurd bir daha qorxmaqsızıŋ uladı. Aryan Bəў:

― «Nəmənə?! “Heç vədə birisinə nökər olmam” mı deyirsən? Sən məŋə baş əўməlisən!» –dedi– «Çünkü səniŋ əŋ ilkin ehtiyaclarıŋı qarşılayan mənəm!»

Ala Qurd yenə isyan əlaməti olaraq zincirinə gücənib hafıldadı.

«“Belə isə yemək istəmirəm!” deyir. Buaxıŋ ac qalsın. O sevmədiўi işi görməўə məcbur deўil.»

Ustad soŋra öўrəncilərinə üz tutdu:

― «Bu dikbaşıŋ, ac qarnınıŋ cavabında necə gücsüz qalacağını tezliklə görəcəksiŋiz!»

Heyvanat bağçasınıŋ bu tayına kimsə yanaşanmırdı. Tükürpədici vəhşi bir ulayış duyulurdu; ormanlarıŋ, dağlarıŋ, bozqırlarıŋ özləmi ilə dolu bir çınlayış...



II

İlk’öŋcə işkəncələr başlandı. Əlçatmaz yerdən endirilən qırmanc vurğuları qarşısında qəfəsi qoparmaq istəyən cırnaqları, dişləri ilə özünü barmaqlıqlara çarparaq kükrəyirdi. Qarageyimli kişiniŋ sopasınıŋ başına endirilişi çovumalarına soŋ qoydu. Və qanlı-qadalı gövdəsi bayğın-bayğın yerə sərildi. Düşmən, düşündüўündən daha güclü, daha qurnaz, daha bilinməz idi. Bağırışları, ulayışlarıyla belə, hər öўnə bayılana dək öləsiyə tapdanır, qamçılanır, işkəncə olunurdu. Ancaq, əzildiўinə, kiçimsəndiўinə baxmayaraq o hələ heybətlə başını dik tutub məğrur baxışalrı, ötkəm davranışları ilə mücâdiləyə dəvam edirdi. Hələ də heyvanat bağçasınıŋ o bucağına qorxudan kimsə yanaşabilmirdi...

Axşamlar, heyvanat bağçasınıŋ əŋ quzeyindən bir qurduŋ yanıqlı ulama səsi eşidilirdi. Bu ulayış, qalın meşələriŋ gizəmli qorxusuyla doluykən getdikcə yazıqlaşır, qaranlıq ormanlarıŋ özləmini yaŋsıdan nisgilli iniltilərlə bitirdi...

Bunlar bir yana, yalquzaq qurduŋ qarnı ac idi. Yel kimi özgürcəsinə yemini qovalayıb ovladığı o günləri aŋımsayırdı acı-acı...

O bayılmışkən neçə sopalı heyvərə içəri girdilər. Çiўninə yekə bir şırınqa batırdılar. Uyuşdurucu, damarlarına sızıb qanına qarışırkən içdən-içe dayanılmaz bir uysallıq və üyüşmə ilə qarışıq tutarsızlıq və dinclik duyğularına qapıldı...



III

Bay Aryan qəfəsiŋ həndəvərinə toplaşan öўrəncilərinə öўüd verməkdəydi:

― «Gördüўüŋüz kimi işkəncələr onu daha da qudurdub dirəndirir; onda isyan ruhunu, qururlu mücâdilə hissini oyadır. Ancaq görüŋ bu səssiz işkəncə –‘aclıq’ deyilən əŋ yırtıcı heyvan– nə edəcəkdir oŋa!»

Soŋra qurda döndü:

― «Görünür yaman acıxmı’san! Özüŋü boş yerə əzaba-ölümə salma. Ac olduğunu e’tiraf et; istədiўiŋ qədər ət qazan!»

Ac qurd eləcə susqun-susqun, zağar-zağar baxırdı.

― «Sözümə bax! Dikbaşlıq eləmə heyvan! Aclığını e’tiraf et də qarnıŋ doysun!»

Ac qurd, onuŋ dediklərindən birzad qanmır, dilini aŋlayanmırdı. Ama yavaş-yavaş buŋa da məcbur olurdu. Özlüўünü buraxıb bu ənayın varlığıŋ özəllikləri ilə davranmaqda olduğunu aŋlayırdı. Çöküb iki qolu üstdə uzandı; yavaşca mırıldandı.

Aryan Bəў rişxənd ilə qımışdı:

― «Həri, indi oldu. Sağol ərdəmli heyvan!»

Bay Aryan’ıŋ bircə çirtiўi ilə qurduŋ qabağına bir şaqqa ov əti atıldı.

Əti acgözlülüklə yırtmağa başladı. İsti, qanlı təzə ətə çıxmazdı; ancaq, ‘Acıŋ andı and olmaz!’ deyə düşündü...



IV

O gün, heyvan eўitməni qurda:

― «Bugün yeyəcək istəyirsənsə dediўimi eyləməlisən!» deyə göstəriş verdi.

Qurd öfkə ilə mırıldandı: Mən bir yırtıcıyam. Heç də həmil olmam sizə!

Aryan Bəў:

― «Çox atılıb düşmə!» –dedi.– «Səndən istədiўim çox qolaydır: Odanıŋ içində dolaşıb, ‘Dur!’ dediўimdə durmalısan!»

Qurd öz yanında, bunuŋ öŋəmsiz bir istək olduğunu, danqalıq edib dirənərək aclıq çəkməўiniŋ ağılsızlıq olacağını düşünürdü. Və basırığında fırlanmağa başladı. Ağa sərt, buyurğan ifâdəylə qomud verdi:

― «Dur!»

Qurd yerindəcə dondu. Aryan Bəў duyğusuz bir biçimdə yavaşdan “Sağol!” dedi.

Cerəsini aldığında gözləri parıldadı. Bu dönə xörəўi dondurulmuş ət idi.

İsti ov ətindən endirgənib donuq at-aşqala razılaşmaq acığına gəlirdi. Ama e’tiraz etmədən buŋa da qıyıb dözdü.

Xoca, öўrəncilərinə:

― «İnadı tamamıyla sındırılmışdır.» –dedi.– «Neçə gündən soŋra bu qurd yapmaca kağız canavara dönüşəcəkdir!»



V


Heyvanat bağçasında dinclik ilə tamaşaçılarıŋ heyran baxışlarına sərgilənmək, onları əўləndirmkək elə də ağır bir iş gəlmirdi biləsinə. Getdikcə belə rahat yaşayışa alışırdı. Ətlənmişdi belə.

Onuŋ, “Mən acam. Məndən dolanıb durmamı istə!” deyən yalvarıcı baxışlarını görən Bay Aryan öўrəncilərinə:

― «Görüŋ necə yumuşanmış!» –dedi.– «Daha qomudlarımı sevərək gerçəkləşdirir!»

Soŋra qurda qandırdı ki: İt kimi hürməlidir; yoxsa yemek-memək verilməyəcəkdir! Qurd şaşırdı. Ama, “Sən köpək soyundansan; itsən, it! Hafılda!” dediklərində, dişlərini acıqla qıcırdatdı. Ancaq hirsini gizləyib özünə “Bu da maŋ deўil!” dedi, “İt səsi çıxartsam, biraz da başım dümük olar!”

Biraz düşünüb köpək səsini yaŋsıladı: “Ha-u! Ha-u! Ha-u!”

Ağa qaş-qabağını salladı. Darğın-darğın:

― «Bu nə səsdir?» –dedi.– «Sən bu anqırma-banqırmaya hafıldamaq mı deyirsən?!»

Qurd yeŋidən içdənliklə köpək səsi çıxartmağa çalışdı. Ama, elə-belə qaş-qabaqlı duran Bay Aryan təhqirlə:

― «Kəs səsiŋi! Sus artıq!» –dedi.– «İtləriŋ də abırını apardıŋ! Bugün köpək dilini yaxşıca öўrənməўə fürsətiŋ var. Sabah sınayacağam. Sınaqdan keçənməzsən aclığı gözünə al!»

Deyib uzaqlaşdı.

Daha gecələr, heyvanat bağçasınıŋ o küncündən keçsəydiŋ, gördüўüŋ zad yazıq-yazıq baxan, hərdən itlər kimi hafıldamağa çabalayan evcil bir qurd idi. Ulamağı unutmuş, itə dönmüş bir canavar, hafıldayır, hafıldayabilmir; buŋa görə tamaşaçılar tərəfindən gülüncə qoyulurdu ‘ləhcə’si!...



VI


― «Hafılda, payını al!»

Özünü unutmağa çalışan qurd hafıldadı: “Həw, həw, həw!”

Ağa, çəpik çalıb sevinclə:

― «Sağol!» –dedi.– «İndi mədənîləşdiŋ! Sən doğrudan da soylu heyvansan! Lap qulağı təzəcə kəsilmiş küçüklər kimi hafıldayırsan!»

Ardından qabağına, ət şaqqası yerinə sür-sümük, şır-şıntır tulladılar. E’tiraz yeri yox idi:

― «Sən itsən! İt də təkcə sür-sümük yeyər! Yoxsa qanıxıb qudurar!»

Nə isə buŋa da razılaşmaq, alışmaq olurdu...

Daha orman havasını, ov dadını, hür-ərkin yaşayışını, tosunluğunu, dikbaşlılığını, uzaq çağlara aid hər bir zadını –səsini belə– unudur, yadırğayırdı...



VII

Bəsləyici, qurduŋ qəfəsinə hələ yanaşmamışkən canavar tərmə-tələsik öz-özünə, köpək kimi hafıldamaya başladı. Nədənsə bu davranışı Aryan Bəў’iŋ qaş-qabağını açmadı. Canavar yalmanaraq sanki “Gör necə göўçək hafıldayıram!” deyərcəsinə sürtünür, quyruğunu bulayırdı. Ağa:

― «Haydi, eşşək kimi anqırmalısan!» deyə buyurdu.

Canavar pörtdü. Dişlərini qıcırdıb darğınlıqla mırıldadı: ‘Mən, səsindən bütün canlılarıŋ dirin-dirin əsdiўi qurdam; indi biyol anqırım mı? Ölsəm də bu işi görməm!’

Bəsləyici, dinməz-eləməz qurd damından çəkib getdi.



VIII

Eўitmən, yerə sərilmiş canavarı görüncə, qımışa-qımışa:

― «Eləbil səniŋ göўlüŋ yemək istəmir!» dedi.

Canavarıŋ ağzınıŋ şoşağı axırdı.

― «Yeyəcək-içəcək istəyirsənsə, anqırsana, verim!»

Canavar təbîəti, dağları, ormanları aŋmağa çalışdı da başarısız qaldı. Başladı gözü yumulu anqırmağa.

― «Anqırmağıŋ heç də ürəўə yatmır!» –dedi soylu patron– «Ancaq, mən olduqca kövrəўəm, acıyıram səŋə; deyərəm bir tikə ət versinlər.»

O gün qabağına tullanan yemək at-aşqal və çörək xırdasından artıq birzad deўildi. Yenə xörəўində uyuşdurucu dadı varıdı. Lâkin, titizlik bir yerə çatmaz deyə düşündü.

Bunca sıxıntıdan soŋra başına gələcək yeŋi oyunu gözlərkən başına o sıxıcı tasmaları keçirdilər: Beləliklə buruntağa, kəmsiўə, yüўənə də alışmalı olurdu...



IX

Bugün bəsləyici, canavara dəўişik bir tapşırıqla gəldi:

― «Mənim nitqimiŋ giriş bölümü qurtulduqdan soŋra, heyranlıqla çəpik çalıb alqışla; hənimi yetir!...»

Canavar ‘olsun’ deyə dizə çökdü.

Bay Aryan danışığına başladı:

― «Ey vətəndaşlar! Biliŋ biz dünyanıŋ əŋ əski, əŋ soylu, əŋ uyğar ulusuyuq!... Biz həmişə uğurlu, başarılıyıq!... Dünyanıŋ əŋ gəlişmiş, əŋ qabaqcıl ölkəsi, əŋ mutlu xalqıyıq!... Biz üstünük!... Biz qənirsizik!... Biz başarılıyıq! Biz... Biz... Biz!...»

Canavar başını bulayıb boğazından bir’taxım aŋlaşılmaz səslər çıxartdı: ‘Məni bağışlayıŋ! Mən biliksiz, kültürsüz, mədəniyyətsiz biriyəm. Siziŋ sözləriŋiz çox maraqlıdır; lâkin mən baş tapanmıram. Xoşuŋuza gəlsin deyə çəpik çalıram!’

Və alqışladı.

― «Bilirsən mi; mənim alaçılıqdan, ikiüzlülükdən zəhləm gedər. Buŋa görə bugün cərimə olaraq oruc tutacaqsan!»



X

Ötəki gün canavarıŋ öŋünə bir bağ ot atıldı: ― Ye!

Canavar yerindən oynadı. Qavramsız səslərlə uladı. Hürdü. Anqırdı. Qarşı durdu: ‘Aau... Aaau... Hav hav... Anq!...’ (Bu nə deməkdir? Mən otcul deўiləm, ətciləm!).

Bay Aryan:

― «Sən eşşəksən! İndən belə yalŋız ot-alaq yeməlisən!» deyib getdi.

Bir hovur keçdi; canavar yaman acıxdı. Otdan biraz yeməўə yeltəndi. Dadından ürəўi qalxdı. Geri çəkildi. Nə var ki, bir hovur soŋra aclıq yenə axın etdi və o, yemə yanaşdı. Yavaş-yavaş otları dadımsadı...



XI

Törəli-başlı xaltalanıb uysallaşdığı gün, eўitmən və öўrənciləri, qurd və qəfəs gözdən yox oldular: Canavar dönüb sıradan bir şəhərdaş oldu; qəfəs isə qalabalıq şəhərə dönüşdü...



XII

Tamaşaçılar vərindən kiçimsənən, hər uşağıŋ biləsinə öcəşməklə əўləndiўi təhlükəsiz bir canavar... Aclıq; inadıŋ, iradəniŋ sınması; aşağılanma... Sirk heyvanı; ayı oynadanıŋ göstərişi ilə oyun bəzəyərək xalqı anormallığı ilə güldürən zavallı... Bağ qoruqçusu: Sovsaqlıq üzündən yarayışsız qalmaq... Davar iti: Başaratsız və ‘xâin’ adlandırılmaq; sürünü qurda vermək; işdən atılma...

Şəhəriŋ artıqlarında, küllüklərdə sümsünürkən tren кupeləri kimi zehnindən keçirdi bunlar. Soy-sopunu, kökünü-keçmişini, kimliўini, özgür yabanı yaşamını yadırğamışdı; səsini, dilini belə unutmuşdu. Özlüўü uyuşdurulmuş, yaradılışı yozlaşmış, davranışları dəўişmiş, qururu sınmış, doğal özəlliklərini itirmişdi. Nə cırnaqlarında, dişlərində, gözlərində o əski kəskinlik var idi, nə də qaslarında, dimağında o əski güc... Dinc, uslu, başaşağı, yaxşı bir şəhərdaş!

Uşaqlar gülə-gülə bu təhlükəsizləşmiş köpəўə daş ataraq əўlənirdilər. Artıq, öz yemini ovlayanmayan, öz ayağı üstündə duranmayan canavara, inad və isyan da ölüm demək idi, şenliўi tərketmək də...



Bələdiyə maşını, əlində ov tüfəngi olan işçilərlə yaxınlaşmaqdaydı. Görəvlilər hərdən dincliўi, güvənliўi pozan yaramaz sülək itləri birər-birər qurşunlayaraq ovlayırdılar...


Xəracu
Orucluq-1998


--------------------------------------------------------------------------------
* Suriyəli yazıçı Zəkəriya Tamer’iŋ (Dəmişq, 1931) ‘Qaflanlar Onuncu Gündə’ (əl-Numur fi-l’Yəwm əl-Âşir - Tigers on the Tenth Day; ilk yayım: 1960) öyküsündən əsinlənərək yazılmışdır.

Manqurd (öykü toplusu; Güney Azərbaycan, Zufa: 2001), s.: 35-44.

MEКSİКA'DA OSMANLI SAYAT BURCU





İl 1909. İstanbul'dan miŋələrcə kilometir uzaqlıqdakı Aztəklər'iŋ yurdu, yaxın zamanda çalxantılı bir devrimə səhnə olmuş və ölkə tökülən onca qanıŋ ardından qismən də olsa istiqrarlı bir siyasal düzənə keçmişdir. Emiliano Zapata və Pancho Villa adlı iki xalq qəhramanınıŋ ünləriniŋ yavaş-yavaş yayıldığı bu dönəmdə, Sultan Rəşad Meкsiкa'ya bir səlam göndərmək gərəkdiўini düşünər. Ardından da saraya bağlı mühəndis qrubuna "Meкsiкa xalqı ilə Osmanlı xalqınıŋ dostluğunu simgələyəcək qalıcı bir armağan hazırlamaları" yönündə göstəriş verər. Mühəndislər də bu buyuruq üzərinə, birneçə aylıq bir çalışmanıŋ ardından, çağdaş Osmanlı me’marlığınıŋ əsintilərini daşıyan, əski Türkcə кadranlı və dış üzeyi İzniq çiniləriylə qaplı bir şəhər sayatı düzəldərlər.

Mexico City [Meкsiкositi] şəhəriniŋ əŋ işlək xiyavanlarından birində, gövdəsi İzniq çiniləriylə qaplı arca (zərif) bir sayat qülləsi yüksəlir. Bu aŋıdıŋ üzərində yer alan plaket isə Türk toplumu olaraq "özgüvən duyğusu" açısından haradan haraya gəldiўimiziŋ acıqlı bir qanıdını oluşdurur:

"La Colonia Otomana a Mexico. Septiembre de 1910."
(Osmanlı Dövləti'ndən Meкsiкa'ya. Eylül 1910)


Bolivar Xiyavanı'nıŋ lap qovşaq nöqtəsində Meкsiкalılara 92 ildir ‘zamanı göstərən’ Osmanlı sayatınıŋ düzənəўi (meкanizması) qıl kimi işləyir. Ancaq, eyni zadı aŋıdı qaplayan İzniq çiniləri üçün söyləyəbilmək mümkün deўil. Çinilər, bir əsrə yaxın sürədə olduqca zərər görüb. Çini tə’mirindən baş çıxarmayan Meкsiкalılar Türkləriŋ bu çiniləri oŋarmasını bəkləyir. T.A

VİRUSLU DÜNYA


Ah cocuqlar, cocuqlar!
Təmiz ruhlu, köŋlü ağ cocuqlar!
Qurğuları belə saya-sah cocuqlar!
Saxınıŋ cocuqlar,
Viruslara bulaşmayıŋ!
Viruslar sizə bulaşmasıŋ!
Böyüklər hamı virus dolu, baкteri dolu…
Siyasətdə viruslar,
Oxullar viruslu,
Kitablar, qəzetlər,
Televizyon, bilgisayar,
Dünya virus dolu…
Saxın bulanmayıŋ
Boyalanmayıŋ
Gözləyiŋ kirlənməyiŋ
Qaralanmayıŋ!...
Taŋrı’ya belə yoluxmuşdur viruslar
Düşündüŋüz mü nədən yetişkin yaradılmışdır Havva ilə Âdəm?!
Bəlkə de elə başdan, yaradılış palçığından canımıza sinmiş mikroblar!
*
Nə yazıq ki ya cocuq qalacaq,
Ya da birər daşıyıcı olacaqsıŋız!...

Toğrul Ata
Yeşilköy, 06.05.07

QIZILDƏRİLİ BAŞQANIŇ MƏKTUBU





Bu məktub "Duwarmish" Qızıldərililəriniŋ başqanı Seattle sarısından "Washington'dakı Böyük Başqan’a yə’ni 1853-1857 illəri arasındakı Ameriкa Cumhurbaşqanı Franкlin Pierce'ə ithâfən yazılmışdır.



Vaşington'dakı Böyük Başqan bizdən torpaqlarımızı satınalmaq istədiўini bildirən bir məktub yollamış. Dostluqdan və yaxşı niyətdən sözedib Böyük Başqan. Bu dostca bir davranışdır. Ancaq biz, siziŋ dostluğumuza ehtiyacıŋız olmadığını bilirik.

Biz onuŋ istəўini düşünəcəўik. Əўər biz satmağa râzı olmazsaq bəlkə də onda ağ adam tüfəŋi ilə gələcək və bizim torpaqlarımızı zorla alacaqdır.
Göўüzünü necə satabilərsiŋiz?
Ya da satınalabilərsiŋiz?
Ya torpaqlarıŋ istiliўini?
Havanıŋ tâzə qoxusuna, suyuŋ pırıltısına yiyə olmayan biri onu necə satabilər? Siz onu bizdən necə satınalabilərsiŋiz?

Ağzımdan çıxan sözlər ulduzlara bəŋzər, Böyük Başqan, heç sönməzlər. Buyüzdən söyləyəcəklərimə güvəniŋiz!
Bu torpaqlar mənim və ulusum üçün qutsaldır...
Yağmur soŋrası ışıldayan hər şamağacı yaprağı,
Dəŋizi qucaqlayan qumsallar,
Qaraŋlıq ormanlarıŋ qoynundakı sis,
Dağlardakı hər keçid Şaxıyan böcəklər...
Ulusumuŋ düşüncə və yaşantılarında qutsaldır.
Və biliŋ ki: Ağaclarıŋ içində yüksələn özsuyu
Qızıldərili adamıŋ aŋılarını da daşıyır.

Ağlarıŋ ölüləri, ulduzlarıŋ altında gəzmək üçün uzaqlara gedərlərkən doğulduqları torpaqları unudarlar. Ancaq bizim ölülərimiz bu büўülü dünyanı heçvaxt unutmazlar. Torpaq bizim anamızdır. Biz bu torpaqlarıŋ bir parçasıyıq. O gözəl qoxulu çiçəklər bizim bacılarımız, geyik, at və böyük qartal da bizim qardaşlarımızdır.
Yüksək qayalıqlar, yaşıl çayırlar, daylarıŋ və insanlarıŋ gövdələriniŋ ılıqlığı eyni bir ailəyə aiddir.
Vaşington'dakı Böyük Başqan bizdən torpaqlarımızı istədiўi zaman iştə bütün bunları istəməkdədir. O bizdən çox zad istəməkdədir.

Böyük Başqan bizə bir yer verəcəўini və bizim orada dinccə yaşayacağımızı söyləyir. Beləcə Böyük Başqan bizim babamız, biz də onuŋ uşaqları olacaqmışıq! Belənçi bir zad heş olası mı?

Böyük Ruh ulusumuzu sevər, ancaq nədəndir bilinməz, qızıldərili uşaqlarını tərk etdi. İndi sizə aparatlar yollayır və çox yaxında bəklənmədik yağmurlar soŋrası yataqlarımıza daşan irmaqlar örnəўi ağsoylu adam bu torpaqlarıŋ hər qarışını dolduracaq. Bizlər yetim qaldıq. Çünkü başqa soydanıq; çünkü qocalarımız fərqli nağıllar aŋladırlar.
Biləsiŋiz ki: Dərələriŋ və irmaqlarıŋ içindən keçən sular təkcə su deўildir; atlarımızıŋ qanıdır o. Sularıŋ çıxardığı səslər atalarımızıŋ nağıllarını aŋladır. Dərələriŋ, irmaqlarıŋ parıltıları sudan qaynaqlanmaz. Onlar atalarımızıŋ parıltılarıdır. Bilmirəm. Bizim davranışlarımız sizinkilərdən fərqlidir. Biz sizə bu torpaqları satdığımızda biliŋiz ki onlar qutsaldır. Siziŋ uşaqlarıŋız da onlarıŋ qutsal olduqlarını öўrənməlidirlər. Sularıŋ çıxardığı səslər bizim atalarımızıŋ səsləridir. İrmaqlar bizim qardaşımızdır. Onlar bizim susuzluğumuzu gedərərlər. Qayıqlarımızı daşıyar, balıqları ilə bizim uşaqlarımızı doyurarlar. Torpaqlarımızı satdığımızda bunu yaddaşıŋızda tutmalısıŋız. İrmaqlar siziŋ də qardaşlarıŋızdır. Və siz indidən başlayaraq irmaqlara qarşı yaxşılığıŋızı əsirgəməməlisiŋiz. Obiri qardaşlarıŋıza da.

Qızıldərili adam, onuŋ torpaqlarına girən ağ adam qarşısında hər yerdə gerilədi. Günertəniŋ sisiniŋ, dağlarıŋ ötəsindən doğan Güneş’iŋ öŋündən qaçdığı kimi. Günertəniŋ sisi, dağlarıŋ qarnından doğan günəşi görər.

Bu torpaqlarda, atalarımızıŋ külləri bulunmaqdadır. Bu torpaqlar bizə qutsaldır. Ancaq ağ adamıŋ bizim nə düşündüўümüzü aŋlamadığını da bilirik. Torpağıŋ hər bir parçası onuŋ üçün eynidir. O sanki gecə gelər və torpaqdan istədiўi zadı alar, gedər. Torpaq onuŋ qardaşı deўil, düşmənidir. Onu əldə etdikdən soŋra daha irəlilərə gedər və onu tərk edər. Babalarınıŋ məzarını geridə buraxar ağsoylu adam, bir daha onlarla maraqlanmaz. Babalarınıŋ məzarları, uşaqlarınıŋ doğum haqqı tez unudular. Torpağı uşaqlarından çalar. O, anası olan torpağı və qardaşı olan göўüzünü talan ediləcək zadlar vəya birneçə qoyuna, birneçə inciyə satılacaq nəsnələr olaraq görər. Aclığıŋ dünyanı saracaq ağsoylu adam! Və ardında qos-qoca bir çöl buraxacaqsan!

Ağlarıŋ şəhərlərində səssizlik deyilən zad yoxdur. Orada yarpaqlarıŋ səslərini, böcəkləriŋ vızıltılarını duyamazsıŋız. Bütün bunlar mənim bir küўü (vəhşi) olmamdan və bunları aŋlayabilməməmdən qaynaqlanar. Gürültü-şaqqıltı bizim qulaqlarımızı dırmalar.
Quşlarıŋ ötüşü, gecələyin qurbağalarıŋ bağırışı olmadıqdan soŋra dünyada nə vardır?
Qızıldərili, bir gölüŋ üzərindən əsərək gələn küləўiŋ səsini və tâzə qoxusunu sevər. Öўləyin (günorta çağı) yağan yağmuruŋ tâzə şam yarpaqlarından süzüb gətirdiўi kikirtkə qoxusundan xoşlanar.
Qızıldərili adam üçün hava dəyərlidir. Çünkü hər zad eyni solunumdan pay alar; heyvan, ağac və insan. Hamısınıŋ soluduğu (tənəffüs etdiўi) hava eynidir. Ağ adam soluduğu havanıŋ fərqində deўilmiş kimidir. Lap ölmüş bir insanıŋ pis qoxuları duymadığı kimi. Ancaq biz sizə torpaqlarımızı satarsaq biliŋiz ki hava bizim üçün dəўərlidir.
Torpaqlarımızı satmaq üzərinə bir daha düşünəcəўik. Əўər buŋa qərar verirsək bunuŋ bir qoşulu olacaqdır: Ağ adam torpaqlarımızdakı heyvanlara qardaşları kimi yanaşmalıdır. Mən bir küўüyəm və başqa türlüsünü aŋlayanmaram. Mən indiyə dək ağ adam tərəfindən öldürülüb çürüməўə buraxılmış miŋlərcə və miŋlərcə kəl gördüm. Çapan dəmir at (loкomotif), salt onuŋ yoluna çıxmasın deyə öldürülən miŋlərcə bufalodan (kəldən) necə dəўərli olabilər? Necə? Mən bir küўüyəm; aŋlamıram! Heyvanları olmadıqdan soŋra insanlarıŋ nə öŋəmi vardır? Bütün heyvanlar insanları buraxsaydı, insanlar ruhlarınıŋ yalŋızlığından ölməzdilər mi? Heyvanlarıŋ başına gələnlər, çox keçmədən insanıŋ da başına gələcəkdir. Yaşamda hər zad bir-birinə bağlıdır. Torpağıŋ başına gələnlər, oğullarınıŋ da başına gələcək...
Uşaqlarıŋıza bizim uşaqlarımıza öўrətdiўimiz zadı, torpağa dəўər vermələrini öўrədiŋ. Torpaq bizim anamızdır. Torpağıŋ başına gələnlər, onuŋ oğullarınıŋ da başına gələr. Və torpağa tüpürülməz. Torpağa tüpürərsəŋiz öz üzüŋüzə tüpürmüş olarsıŋız. Torpaq insanıŋ deўil, insan torpağıŋkıdır.
İnsan, yaşamıŋ toxusunu yaratmamışdır; o toxunuŋ içindəki bir lifdir təkcə... Yox, gündüzlə gecə bir arada yaşayanmazlar.

Ağ adamıŋ torpaqlarımızı satınalması istəўini düşünəcəўik. Ancaq mənim ulusum soruşur: Ağ adam nəyi satınalmaq istəyir? Göўüzünüŋ mâviliўini, torpaqlarıŋ istiliўini mi? Qaçışan ceyranlarıŋ çevikliўini, yeўinliўini mi? Biz sizə bunları necə satabilərik? Və siz necə satınalabilərsiŋiz?
Qızıldərili adam bir kağız parçasına qol çəkib, onu ağ adama verdiўi üçün siz bu torpaqlara istədiўiŋiz yapabiləcəўini mi sanar ağ adam? Havanıŋ sərinliўinə, suyuŋ parıltısına yiyə deўilsək onları sizə necə satabilərik? Soŋuncusu da öldürüldükdən soŋra kəlləri necə satınalabilərsiŋiz?

Biz öŋəriŋizi düşünəcəўik. Biz satmağa râzı olmadığımızda ağ adamıŋ tüfeŋi ilə gəlib torpaqlarımızı alacağını bilməkdəyik. Biz küўü insanlarıq. Ağ adam isə keçici bir ərkçilikdir (iqtidar); o bütün dünyanıŋ özününkü olduğunu, özünüŋsə bir Taŋrı olduğunu sanmaqdadır. Bir insan anasına yiyə olabilər mi?

Biz siziŋ başqa torpaqlara köç etməmiz göstərişiŋizi düşünəcəўik. Orada dinclik içində qalan sayılı günlərimizi keçirəcəўik. Günlərimiziŋ qalanını harada keçirəcəўimiz öŋəmli deўildir. Uşaqlarımız atalarınıŋ qururlarınıŋ qırıldığını və yeŋildiklərini gördülər. Savaşçılarımız utandırıldılar. Yeŋilgidən soŋra günlərini yazıqca keçirdilər. Özlərini içkiyə və yeməўə verdilər. Bu yolla gövdələrini dadlı yeməklərlə, içkilərlə ağuladılar, uyuşdururlar.

Günlərimiziŋ geriyə qalanını harada keçirəcəўimiziŋ bir öŋəmi yoxdur. Düzü, geriyə elə də çox zaman qalmamışdır. Birneçə qış keçdikdən soŋra geriyə öz uluslarınıŋ məzarlarında yas tutacaq tək bir kimsə daxı qalmayacaq.
O ulus ki bir vaxtlar güclü idi və gələcəўə umudla baxırdı. Oysa indi ormanlarda başıboş dolaşmaqdan başqa yapacaq bir zadı qalmadı. Ancaq mən ulusumuŋ çöküşünə niyə ağlayım? Uluslar insanlardan oluşar; başqa zaddan deўil. İnsanlar dəŋizdəki dalğalar kimidir; gəlib keçərlər. Onlara yol göstərən və onlarla bir yoldaş kimi danışan bir Taŋrı’sı olan ağ adam daxı, hamı üçün bəlirlənmiş olan alınyazısından qaçanmayacaqdır.
Bəlkə də biz hamımız qardaşıq. Yalŋız biz, ağ adamıŋ da bir gün kəşfedəcəўi zadı indidən bilirik. Hamımız eyni Böyük Ruh’dan gəlirik. Bizim Taŋrı’mız da eyni Taŋrı’dır. Sizlər bizim torpaqlarımıza yiyə olacağıŋızı düşündüўüŋüz kimi oŋa da yiyə olmağı düşünürsuŋuz. Ancaq bunu bacaranmayacaqsıŋız. O, insanlarıŋ Taŋrısıdır; Qızıldərililəriŋ də, ağdərililəriŋ də. Oyüzdən bu torpaqlar dəўərlidir. O torpaqları yaralamaq onuŋ Taŋrısını xor görməkdir. Biz gedirik, ancaq ağlar da bir gün bu torpaqlardan köç edəcəklər. Bəlkə də bütün diўər soylardan daha tez.
Yataqlarımızı ağulamağa (zəhərləməўə) davam edərsəŋiz bir gecə öz çöpləriŋiziŋ içində boğulacaqsıŋız. Ancaq bilirik ki, batdığıŋızda hər yana çox parlaq bir ışıq salacaqsıŋız. Bu sizi buraya gətirən və Qızıldərili adama üstün olmaŋızı söyləyən Taŋrı’nıŋ gücündən gələcəkdir. Siziŋ bu yazğıŋız bizim üçün bu anda bir bilməcədir.

Bütün bufalolar öldürüldükdən soŋra, çöl atları həmilləşdirildikdən, ormanıŋ əŋ gizli bucaqlarına dək dünya insanlarıŋ ağır qoxuları ilə kirlədildikdən, sevimli təpələriŋ görüntüsü danışan tellərlə doldurulduqdan soŋra, bir baxacaqsıŋız ki… Çalılıqlar harada? Yox olublar! Göўdəki qartallar harada? Getdilər! Yeўin çapan daylara, xızla yürüşən ova ‘əlvida’ demək nə deməkdir, bilirsiŋiz mi?! Bu, yaşamıŋ soŋu və təkcə daha artıq diri qalmağıŋ başlanğıcıdır... Bir yaşamıŋ soŋu salt daha artıq zada yiyə olmaqdan mı keçər? Taŋrı siziŋ heyvanlara və Qızıldərililərə egəmən olmaŋızı istədi. Ancaq bunuŋ nədəni bizim üçün bilməcədır.
Biz ağ adamı aŋlayanmırıq. Bəlkə ağ adamıŋ nə düş gördüўünü vəya uzun qış gecələrində uşaqlarına nə nağıl aŋlatdığını bilsəydik bəlkə onda onu aŋlayabilərdik. Nəsə biz yaban insanlarıyıq və ağ adamıŋ düşləri bizə saxlıdır. Buyüzdən biz öz yolumuzdan gedəcəўik.

Biz —hərzaddan qabaq— qardaşlarınıŋkından nə qədər fərqli olursa olsun, hər insanıŋ istədiўi kimi yaşama üləvini (haqqını) tanıyar, sayar, sovunarıq. Biz siziŋ öŋəriŋizi düşünəcəўik. Əўər oŋa hə deyərsək, bu təkcə bizə söz verdiўiŋiz torpaqları güvəncə altına almaq üçün olacaqdır. Bəlkə də orada geriyə qalan qısa günlərimizi —alışdığımız üzrə— dinc və barışıq keçirəbilərik...

Sizə bu torpaqlarımızı sattığımızda, siz onu bizim sevdiўimiz kimi seviŋiz, onuŋla bizim maraqlandığımız kimi maraqlanıŋız! Və onu bugün bulduğuŋuz kimi saxlayıŋız! Var gücüŋüzlə, ürəўiŋizlə, ruhuŋuzla bu torpaqları və üzərindəki canlıları uşaqlarıŋız üçün qoruyuŋuz! Taŋrı’nıŋ sizi sevdiўi kimi siz də onları seviŋiz. Çünkü biz bir zad bilirik: bu dünya qutsaldır. Ağ adam daxı ortaq yazğılarımızdan qaçanmaz! Bəlkə biz hamımız qardaşıq. Bunu zaman göstərəcək!

Soŋ Qızıldərili də bu dünyadan getdiўi və onuŋ xâtirəsi yalŋız bir buluduŋ soŋsuz çayırlar üzərindəki kölgəsi olaraq qaldığı zaman, atalarımızıŋ ruhu bu qıyılarda və bu ormanlarda yaşamağa davam edəcəkdir. Çünkü onlar bu torpaqları sevirdilər. Yeŋi doğulan bir bəbəўiŋ düz anasınıŋ ürək atışlarını sevdiўi kimi.

Duvarmış Qızıldərililəriniŋ Başçısı: Başqan Seattle


Türkcəsi: Toğrul Atabay